525.Az

Qatar fit verdi... (Luici Pirandellonun hekayəsi)


 

Seyfəddin Hüseynli ruscadan tərcümə edib

Qatar fit verdi... <b style="color:red">(Luici Pirandellonun hekayəsi)</b>

Sərsəmləyirdi. Həkimlərin rəyincə, beynində iltihab, ensefalit başlanmışdı; ona dəymək üçün getdikləri xəstəxanadan ikibir-üçbir geri qayıdan yoldaşları da elə hey bu diaqnozu təkrarlayırdılar.

Qabaqlarına çıxan yoldaşlarına Bellukanın vəziyyəti barədə, bir az əvvəl həkimlərin dilindən götürdükləri elmi terminlərlə, elə yolun ortasındaca məlumat vermək, deyəsən, yaman xoşlarına gəlmişdi.

Huşu gedib...

Ensefalit...

İltihabbeyin qişasında...

Beynin iltihabı...

Onlar dilxor görünmək istəsələr , öz borclarını yerinə yetirdikləri, üstəlik, dünyanın zümrüdü rəngə boyandığı bu qış səhərində o qaramat xəstəxanadan sağ-salamat çıxdıqları üçün, ürəklərinin dərinliyində, çox sevinirdilər.

Ölür? Dəli olub?

Yox, məncə, ölməz...

danışır axı? deyir?

Elə eyni sözləri... Sərsəmləyir.

Yazıq Belluka!

heç kəsin ağlına gəlmirdi ki, yetmişinə azalmış bu bədbəxtin düşdüyü hazırkı vəziyyət indiyədək yaşadığı şəraitin məntiqi nəticəsi, danışdığı sözlər, yəni hamıya sərsəmləmə, aşkar dəlilik təzahürləri kimi gələn o kəlmələr isə həmin nəticənin sadə, aydın ifadəsidir.

Sözün açığı, keçən axşamların birində öz rəisinə qarşı dikbaş davranması, onun sərt tənbehindən sonra da az qala adamın üstünə cumması Bellukada beyin iltihabının baş qaldırdığı yönündəki ehtimalın təsdiqindən ötrü tutarlı dəlilə çevrilmişdi.

Bellukadan həlim üzüyola, səliqəli səbrli adam təsəvvür etmək mümkün deyildi.

Qapalı adam” – onun haqqında kim demişdi bu sözü, yoldaşlarından biri vermişdi ona bu ləqəbi. Əla deyib ha! Yazıq Belluka zəhlətökən hesabdarlıq işinin dar çərçivəsi içində qapanıb qalmışdı. O, təkcə, hesabları yadında saxlayırdıaçıq, sadə, ikitərəfli köçürmə hesabları, həm çıxarışları, poçt göndərişlərini, mühasibat dəftərindəki qeydləri, məxaric cədvəllərini, qəbzləri, daha nələri, nələri... Bellukasəyyar dəftərxana... Yaxud, daha irəli getsək: dalına qoşulmuş arabanı hər dəfə eyni yolla, rəvan addımlarla dinməzcə dartıb aparan, gözləri bağlanmış qoca eşşək!..

Bu qoca eşşəyi bəlkə min yol çırpmış, insafsızcasına qamçılamışdılar, özü , elə-belə, məzə üçün, ya da maraq xatirinə: görsünlər, nəhayət, təngə gələrmi, heç olmasa, sallaq qulaqlarını bir balaca dikəldib, yüngülcə soncuqlayarmı... Hardan?!

Belluka, daş kimi dinib-danışmadan, bircə dəfə uf demədən, bütün o yersiz təpikləmələrə, insafsız bizləmələrə dözürdü, elə bil onu döymürdülər, sığallayırdılar, ya da artıq heç hiss etmirdi, taleyindən illər boyu, hər addımbaşı yediyi amansız zərbələrə alışmışdı.

Düzünə qalanda, onun bu asiliyini, qəfil tutan dəlilikdən savayı, heç nəylə izah etmək olmurdu.

Üstəlik, həmin axşam gördüyü tənbehin yeri vardı: rəis o söhbətdə haqlıydı. Elə səhər tezdən Bellukanın sifətinə nəsə yeni, fərqli bir ifadə nəzərə çarpırdı. Heç ondan çıxmaz : yarım saatdan da artıq gecikmişdi.

Elə bil dünyagörüşü birdən-birə genişlənmiş, gözlərini tutan sarğı qəfildən düşmüş, həyattamaşalıq bir mənzərə kimibütün genişliyi ilə açılıb canlanmışdı onun qarşısında. Elə bil birdən-birə qulaqları tıxacdan qurtulmuş, əvvəllər heç duymadığı səsləri, sədaları ilk dəfə eşitmişdi...

İşə anlaşılmaz, dəlitərsinə bir sevinc içində, çox kefikök gəldi. Bütün günü əlini ağdan-qaraya vurmadı.

Axşamüstü onun otağına girib sənədləri, siyahıları gözdən keçirən rəis məəttəl qaldı.

Bu nədir? Səhərdən-axşamacan görmüsən bəs?

Belluka irişə-irişə baxıb, əllərini yana açdı.

deməkdir bu? – rəis qışqırdı, Bellukanın çiynindən yapışıb silkələdi. – Səninləyəm, Belluka

Heç, –həminki saymazyana, mənasız təbəssüm dodaqlarından çəkilməyən Belluka cavab verdi, – qatardır, cənab kavaler.

Qatardır? Hansı qatar?

–  Fit verən.

gic-gic danışırsan?

Bu gecə, cənab kavaler... Qatar fit verdi. Özüm eşitdim, elə fit verdi ki...

Qatar?

–  Bəli, cənab... Bircə biləydiniz haralara gedib çıxmışdım! Sibirə... sonra... sonra... Konqo meşələrinə... Bir andaca oldu, cənab kavaler...

Rəisin qəzəbli qışqırığına tökülüşüb gələn işçilər otağa boylandılar: Bellukanın dediklərini eşidəndə gic gülmək tutdu onları.

Axşam-axşam onsuz da ovqatı korlanmış rəis, bu gülüşlərdən daha da alındı, tamam qızışıb özündən çıxdı, kəskin zarafatlarının həmişəki hədəfinimüti şikarını indi lap kobud tərzdə yamanladı.

Ancaqşikarbu dəfə onun üzünə qayıtdı, hamını heyrətə, hətta qorxuya salacaq dərəcədə coşub səsini qaldırdı: qatarın fit verməsindən danışdı, məhz o fit səsini eşitdiyi üçün daha belə bir rəftarla barışmaq istəmədiyini dedi.

Onu tutub əl-qolunu bağladılar, aparıb qoydular parabeyinlər evinə.

Elə orda da həmin qatardan danışırdı. Fit verən qatarı yamsılayır, guya gecənin zülmət qaranlığında hardansa qopub gələn nisgilli, sızıltılı bir səs çıxarırdı. Sonra da deyirdi:

Tərpəndi, tərpəndi yenə! Ey, cənablar, hara? Hara?

Ətrafdakılara nəsə başqa cür, yad gözlərlə baxırdıAdətən, tutqun, bulanıq, qüssəli olan o gözlər indi balaca uşağın, ya da xoşbəxt bir insanın gözləri kimi gülür, parıldayırdı. Dodaqlarından rabitəsiz ifadələr uçuşurdu. Eşidilməmiş sözlər işlədir, əcaib-qəraib, şairanə cümlələr deyirdi; işin ən təəccüblü tərəfi isə, o cür kəlmələrin necə, hansı möcüzə sayəsində bu adamınindiyə qədər rəqəmlərdən, cədvəllərdən, siyahılardan başı açılmayan, həyata münasibətdə kar-kor kimi davranan, insandan çox, hesablama cihazını xatırladan məxluqundodaqlarında bitməsiydi: burasını heç cür anlamaq olmurdu.

İndi Bellukaqarlı zirvəsi göylərə millənən, lacivərd sinəli dağlardan, “dənizin ənginliklərindəki sürüşkən dərili, vergülquyruq  balinakimilərdən dəm vururdu. Bir deyirəm: o, nəsə eşidilməmiş sözlər danışırdı.

Onun bu qəfil dəlilik xəbərini mənə çatdıran adam üzümdə zərrə qədər heyrət ifadəsi, hətta xəfif bir təəccüb əlaməti görməyəndə matı-qutu qurumuşdu.

Düzdür, mən bu xəbəri sakit, soyuqqanlı qarşılamışdım. Amma bu sakit halımda sonsuz bir hüzn vardı. Başımı buladım, astadan, ağızucu dilləndim:

Cənablar, Belluka dəli deyil. Narahat olmayın, ağlını itirməyib o. Bəli, ona nəsə olub, ancaq bu, son dərəcə təbii haldır. Səbəbini izah edə bilmirsiniz, çünki o adamın bu vaxta qədər hansı şəraitdə yaşadığından xəbəriniz yoxdur. Mən isə vəziyyətdən haliyəm əminəm ki, onunla görüşüb-danışandan sonra bunu izah etmək çox asan olacaq.

Bədbəxt Bellukaya baş çəkməyə gedəndə, yolboyu, bunları fikirləşirdim:

Bu qədər vaxt ərzində Belluka kimi yaşayan, yənimümkünsüzbir həyat keçirən adamı ən adi bir hadisə, ən xırda maneə, hətta yolunun üstündəki çınqıl dənəsi hərtərəfli sarsıda bilər, onunmümkünsüzhəyatına nabələd adamlar isə bundan qətiyyən baş açmazlar. İşin kökünü məhz burda – “mümkünsüzhəyat şəraitində axtarmaq lazımdır, bax onda hər şey sadə aydın bir şəkil alar. Əjdahanın quyruğunu gövdəsindən ayrı təsəvvür edən adama, quyruq o əjdahanın özündən dəhşətli gələ bilər. Gərək quyruğu əjdahanın gövdəsinə bitişik qavrayasan, onda öz halında, yəni eləcə, əjdahanın quyruğu kimi görünər: adidən adi bir quyruq kimi.

Güzəranı Bellukanın yaşayışına bənzəyən bircə nəfərə rast gəlməmişəmheç vaxt. Mən onun qonşusuyam təkcə mən yox, binamızın başqa sakinləri məəttəl qalırdılar ki, bu adam belə yaşayışa necə tab gətirir.

O, üç kor qadınlaarvadı, qaynanası arvadının xalası ilə bir mənzildə yaşayırdı. Sonuncu ikisinindövranını sürmüş qarıların gözləri mirvari suyundan tutulmuşdu, arvadl isə tamam başqa səbəbdən kor qalmışdı: onun gözləri qırpılmırdı.

Hər üçü qulluğa möhtac haldaydı. Səhərdən axşama qədər səs-səsə verib bağırışsalar da, haraylarına kimsə yetmirdi... Ərləri öləndən sonrabiri üç, o birisi dörd uşağıylaqayıdıb ata evinə yığışan iki dul qızın isə korların qulluğunda durmağa vaxtları vardı, həvəsləri; uzaqbaşı, tək-tük hallarda, analarına əl yetirirdilər.

Yazıq Belluka aldığı cüzi hesabdar maaşıyla bu qədər adamın qarnını necə doyuraydı?! Evdə işləyir, gecələr sənəd üzü köçürürdü. Həmin beş qadınla yeddi uşağın aramsız çığırtıları altında yazıb-pozurdu, ta onlar hamısı evdəki üç çarpayıda yerlərini tutana qədər. Geniş, ikiadamlıq çarpayılar idi, amma on üç nəfərə üç çarpayı nədir ki...

Aramsız dava-dalaş, söyüş-qarğış, aşırılan mebellərin, sındırılan qab-qacağın səsi, ağlaşma-şivən, vurhavur! Bəzən uşaqlardan hansısa qaranlıqda gözdən yayınıb özünüayrıca yataqda uzanmışkor qarıların yanına verirdi. Hər axşam qarılar öz aralarında çəkişib-dartışır, heç biri ortada yatmaq istəmir, buna görə növbə hansına çatsa, çığır-bağır qopurdu.

Elə ki ara nisbətən sakitləşirdi, Belluka gecə keçənə, qələm əlindən düşənə, gözləri ixtiyarsız yumulana qədər işləyirdi. Axırda, bir ayağı sınıq divanaçox zaman eləcə pallı-paltarlımeyit kimi sərilib yuxuya gedir, səhər tezdən qalxanda isə hələ gecəkindən yorğun olurdu.

Sözüm ondadır ki, cənablar, elə bir şəraitdə yaşayan Bellukanın axırı, əlbəttə, belə olmalıydı.

Xəstəxanada ona baş çəkəndə özü mənə hər şeyi təfsilatı ilə danışdı. Düzdür, hələ bir azca həyəcanlı görünürdü, ancaq başına gələnlərdən sonra buna da təbii baxılmalıdır... Həkimlərə , sanitarlara da, onu dəli sayan yoldaşlarına da gülürdü.

Neynək! – deyirdi. – Neynək!

Cənablar, Belluka bu dünyanı, onun var olduğunu çoxdan unutmuşdu, büsbütün unutmuşdu: amma dünya ki yerindəydi.

Öz acınacaqlı həyatı üzündən qara-qara düşüncələrə qərq olduğu, bütün günü idarədə hesab-kitabdan başını qaldıra bilmədiyi üçün, bir dəqiqə nəfəs dərmədən, gözləri bağlanmış halda quyunun, ya da dəyirmanın çarxına bənd edilən heyvan kimi işlədiyi üçün unutmuşdu: bəli, cənablar, uzun illərdən bəri, büsbütün unutmuşdu bu dünyanı.

İki gecə əvvəl, yenə öz qırıq divanına sərilib, ancaqyəqin ki, hədsiz yorğunluqdanbu dəfə dərhal yuxuya gedə bilməyib. birdən, gecənin səssizliyi içərisində uzaqdan bir qatar fiti eşidib.

Bu qədər vaxtdan sonra qulaqları birdən-birə təzədən açılıb elə bil.

Qatar fiti onu miskin məişətindən, çəkdiyi əzab-əziyyətdən qoparıb; Belluka, qəbirdən xortlayıb çıxmış adam kimi, özünü nəhəng, geniş bir dünyanın qoynunda görəndə sinədolusu nəfəs alıb...

Həyəcandan bədəni lərzəyə gəlib, xəyalən, gecənin qaranlığında durmadan yol gedən o qatarın ardınca düşüb.

Ah, dünya varmış! Orda, bu cəhənnəm əzabından uzaqlarda, qatarın baş alıb getdiyi yerlərdə geniş, sonsuz bir dünya varmış! Florensiya, Bolonya, Turin, Venesiya... Cavanlığında gəzib-gördüyü neçə-neçə şəhər... Bəli, o bilirdi, oralarda cür bir həyat qaynadığını bilirdi. Onun özünün bir vaxtlar yaşamış olduğu həyat! o həyat heç vaxt dayanmamış, sönməmişdi:

Belluka, gözləri bağlı heyvan ya quyunun, ya da dəyirmanın çarxını fırladan təki, durmadan işlədiyi müddətdə , elə hey qaynamışdı. Amma Belluka sonralar o həyat barədə düşünməyə macal tapmamışdı. Evdəki əzablı yaşayış üzündən dünyası qaralan, idarənin dözülməz tünlüyündən canının yeri daralan Belluka get-gedə sıxılıb, özünə qapanmışdı...

İndi isə gözü-könlü yenidən açılmış, həyatı bütün əlvanlığıyla görə, qavraya bilmişdi; dünya coşqun sel kimi, tək bircə damcısı da yayınmadan, axıb onun ruhuna dolmuşdu.

Burda, bu dörd divar arasında zehninə ildırım kimi enən aydınlığın ardından onun gözləri önündəbəlkə indiyəcən görmədiyiüfüqlər açılmışdı; indi o, tanış yad şəhərlər, insan ayağı dəyməyən düzənliklər, sıra dağlar, sıx meşələr, ucsuz-bucaqsız okeanlar üzərində süzə bilirdi... Bu aydınlıq, bu yeni ahəng...

O özmümkünsüzhəyatını birtəhər ötüşdürdüyü müddətdə yer üzündə milyon-milyon insan tamam başqa cür yaşayırmış. Onun əzab-əziyyət içində keçirdiyi gecələrin hər bir anında bu dünyada dağlar varmış – “qarlı zirvəsi göylərə millənən, lacivərd sinəlidağlar... Bəli, bəli, Belluka görmüşdü onları, görmüşdü... elə okeanları, meşələri görmüşdü...

yalnız indi, bütün dünya sel kimi axıb onun ruhuna dolandan sonra bir az rahatlıq tapmışdı. Bəli, əzablarından bir anlıq uzaqlaşıb, öz aləmində, bütün dünyanın nəfəs aldığı havanı içinə çəkmişdi.

Elə bu da yetərdi ona!

Əlbəttə, siftə günü lap ağını çıxarmışdı. Uyub getmişdi. Aləmi qarışdırmışdı. Ancaq yavaş-yavaş  sakitləşəcəkdi. Hələ hiss edirdi ki, udduğu təmiz havanın sərxoşluğu qalır canında.

Sakitləşəndən sonra isə gedib rəisindən üzr istəyəcək, təzədən hesab-kitab işinə başlayacaqdı.

Ancaq rəis bundan belə gərək bir hədd gözləyə, daha əvvəlki qədər işlətməyə onuArada-bərədə, məsələn, bir məxaric cədvəlini hazırlayıb ikincisinə keçən əsnada onun... Sibirə... ya da, ya da... Konqo meşələrinə səyahətə çıxmasına icazə verə... Bütün bunlar bircə anda olur, cənab kavaler: qatar fit verəndə...

 





24.03.2014    çap et  çap et