525.Az

Con F.Kennedi: Mərdliyin profilləri (davamı)


 

İngiliscədən Telman Orucov tərcümə edib

Con F.Kennedi: Mərdliyin profilləri <b style="color:red">(davamı)</b>

Hələ arzularla yaşayan idarə olunmayan bir oğlan olanda, o, Tennessi sərhədindəki evlərindən qaçmışdı Çeroki hinduları tərəfindən oğulluğa götürülmüşdü, onlar xaç suyuna salınma vaxtı ona Ko-lon-neh-Qarğa adını vermişdilər. 1813- ildə Endrü Ceksonun komandanlığı altında piyada zabiti kimi xidmət edəndə, onun sağ qolu düşmən gülləsindən parça-parça olmuşdu. O vaxt o, təkcə At Nalı döyüşündən düşən xətt üzərinə atılmışdı, onun adamları isə arxasında qalan təpələrdə oturmuşdular. Cəzbedici gözəl fiquraya malik olan təbii aktyor, qəribə geyiminə nitqinə görə həssaslığa malik olmaqla, o, ittihamçı prokuror kimi, konqressmen nəhayət, otuz beş yaşında qubernator kimi Tennessidə uğurla yüksəlmişdi. Öz populyarlığının yüksəkliyində olanda qubernatorluqdan onun qəfildən istefa verməsi əhvalatı, dostu Ceksonun Hyustonu gələcəkdə Prezident etməsi barədəki ümidi ilə birlikdə olan bir sirrdə gizlənmişdi. Özünün evlənməsindən sonra açıq şəkildə açıb göstərdi ki, gənc gözəl gəlin ambitsiyalı atası tərəfindən onun əlini qəbul etməyə məcbur edilmişdir, əslində isə bu vaxt o qız başqa birisini sevirmiş. Onun ağlı ruhu çilik-çilik oldu, Hyuston Çerokilərə qoşulmaq üçün sivilizasiyanı tərk etdi, sərxoş davakara çevrildi, siyasi şəxsi sürgünə məhkum oldu. Bir neçə il sonra onun tarazlığı məqsədi bərpa olundu, daim ona sədaqət göstərən general Cekson onu Texasa göndərdi, orada o, fantastik hərbi planlar hazırladı, onlar Forc vadisi Gettisburq kimi amerikan folklorunun bir hissəsinə çevrildi. Lakin macəra, tərif, ikinci xoşbəxt izdivac onun hətta daxili nəzərini melanxoliyasını yoxa çıxarmadı, bu isə özünü 1856- ildə siyasi məğlubiyyət yaxınlaşanda həmişə olduğundan daha çox büruzə verirdi.

Lakin Sem Hyuston qaş-qabaqlı şəkildə kürt yatan adamlardan deyildi, bu o vaxta qədər davam etdi ki, onun üstünü alan məğlubiyyət barədəki pıçıltılar öz yerini onun darmadağın ediləcəyi barədəki qar uçurumuna verdi. Senatın işindəki payız fasiləsi vaxtı ərzində o, Texasa artıq bir neçə tur səfər etmişdi, Kalhounuehtiyatsız demaqoqla müqayisə etmiş, Cefferson DeyvisiLutsifer kimi iddialı kərtənkələ kimi soyuqtəqdim etmişdi, “Şimalın dəli fanatizmiiləCənubun dəli ambitsiyasının hər ikisini bərabər qaydadakı cəsarətlə pisləmişdi. Yarım sivilizasiyalanmış hindu tayfaları arasında çox illər ərzində yaşaması onu yüksək vəzifə həvəskarı etməmişdi; erkən illərdə o, fiziki qaydada öz bütü Endryü Ceksonun Konqressdəki düşməninə hücum etmişdi. (Sonralar o, dostlarına demişdi ki, bu mənihəyatımda vaxtsa hiss etdiyimdən pis idi. Mən düşünürdüm ki, böyük it saxlayıram, ancaq gördüm ki, zəhlə tökən zingildəyən küçüyüm var”).

Bu vaxt o, özünün 1857-ci il seçkilərində Qubernatorluğa namizəd elan etməklə, bir böyük hücumla Texas rəsmi dairələrinə ağır zərbə vurdu. O, Demokrat kimi, hansısa fraksiyanın ya qəzetin namizədi kimi ya hətta Senatorluqdan istefa verən kimi hərəkət etməyəcəkdi. O, Sem Hyuston kimiştatın siyasətini yenidən bərpa etmək üçünhərəkət edəcəkdi. “Xalq şadlanmaq istəyir mən başqa birisi kimi bunu verməyə qadirəm”.

Onun vəd etdiyi bol şadlanma Demokratik Texasla heç vaxt görünməmiş ilk real möhkəm vuruş idi. İsti yay kampaniyasında dəfələrlə köynəyini soyunub, Texasın hər bir guşəsindəki auditoriyalarda səs-küylü çıxışı ilə o, söyüşcül epitetlərdən ibarət böyük söz ehtiyatı solmaqda olan sarkazmı ilə görünürdü. Altı futdan çox hündürlükdə, nizə kimi düz bədəninin iri, həm xoşa gələn əzələləri, onun öz opponentlərinə nifrətdən qızaran nüfuz edici gözləri, onların siyasətlərini ələ salması sərt dilini Senat zalında olan tək bir ləyaqətlə açması hələ qalırdı. Onun bir çıxışı təsvir edilmişdi özü müxtəlif qəzetlər tərəfindən, lakin heç şübhəsiz, müəyyən dəqiqliklətəhqirlərin eqoizmin (özü haqqındakı fikrintərcüməçi) qarışığı... tarixi həqiqətlə razılaşmadan ...ədəbdən təmiz dildən kənar... Bu, başlanğıcdan axıra qədər bütünlüklə həmin epitetlərlə oğruların, əclafların qatillərin sirdaşı kimi xarakterizə olunurkimi verilirdi. Səfərində bir dəfə dayandıqda, qraflığın məhkəmə zalında çıxış etmək hüququndan imtina edəndə, o, camaatı özünün düzgün hərəkət etdiyinə inandırdı:

Mən burada vergi verən deyiləm. Mən bu binada bir kərpicin ya mismarın alınmasına kömək etməmişəm burada çıxış etməyə heç bir hüququm yoxdur. Lakin burada mənim səsimin eşidilməsi çevrəsində bir adam varsa, kim Sem Hyustonun nitqini dinləməyi onun arxasınca o təpəyə tərəf getməyi arzu edirsə, mən Texas torpağında danışmaq hüququna malikəm, çünki onu mən öz qanımla sulamışam”.

Bir əllə satqın, digər əlləHeç bilmirəmin üzvü kimi (onun ... mazaqlaşması üzərində qurulan, dözümlüksüz sektsional olmayan partiyası) pislənilməklə, o, öz arvadına yazırdı ki, “onların çirkli dedi-qodusu mənim üstümdən, ördəyin belindən su düşən kimi düşür”.

Lakin onun Kanzas digər Cənub tədbirləri barədə səs verməsi hirsli seçiciyə izah edilirdi Texas Sem Hyustonu öz siyasi karyerasının ilk cəzalandırılanı kimi qələmə verirdi. Bu vaxt o, Senatdan istefa verməyə borclu idi, antoqonistGazetteisə belə deyirdi ki, “qısır vəzifəni tutmaq əvəzinə sadəcə icazə almaq istəyirdi”. Lakin Sem Hyuston öz məğlubiyyətinin, üçün ikiyə görə nisbətinin böyüklüyündən artıq olmadığından ruhlanıb, özünün sonuncu illəri üçün Senatdakı sarsılmayan məsləki ilə Vaşinqtona döndü. Cənublu antoqonist Senat zalında onu ələ salaraq dedi ki, Kanzas-Nebraska Billi əleyhinə səs verməsi artıq onun məğlubiyyətinə bir əminlik yaradır. Hyuston sadəcə xoş təbəssümlə cavab verdi ki, bu həqiqətdir ki, “mən öz seçicilərimdən ciddi minnətdar olunası bir əminlik almışam ki, onlar məni bundan sonrakı xidmətdən azad etmək niyyətindədirlər”. O, səhv etməmişdi. 10 noyabr 1857-ci ildə Sem Hyuston Texas Qanunvericiliyi tərəfindən sadə qaydada azad edildi Cənubun daha artıq hərbçi sözçüsü olan adam onun varisi seçildi.

Öz Senator yoldaşlarına vida nitqində Sem Hyuston kolleqalarına dedi ki, o, “təmiz əllə təmiz vicdanlaistirahətə getməyi arzu edir:

Mən arzu edirəm ki, mənim qəbrimin üstündə heç bir iftixar xarakterli yazı yazılmasın, ancaqO, öz ölkəsini sevirdi, vətənpərvər idi; o, Birliyə həsr olunmuşdusözləri yazılsın. Əgər şəhidliyə görə əzab çəkmişəmsə, mən qurbanların kəsildiyi bıçağa tabe olacağam”.

Lakin biz Senator Sem Hyustonun siyasi mərdliyi barədəki əhvalatı onun Senatdan istirahətə getməsi ilə qurtara bilmərik. Texasdakı rançosuna dönən igid eks-Senatora agah oldu ki, onu iki il əvvəl məğlub edən Qubernator əvvəlcədən ştatı Birlikdən ayrılmağa aparmaqla hədələyəndə o, istirahət etməyi bacarmayacaqdır. Beləliklə, 1859-cu ilin payızında yaşlı döyüşçü, arxasında duran heç bir partiya, heç bir qəzet heç bir təşkilat olmadan Qubernatorluğa müstəqil namizəd kimi hərəkətə başladı bir çıxış kampaniyası həyata keçirdi. O, öz auditoriyasına hələ valehedici bir səslə deyirdi ki, o, “Konstitusiyaya Birliyə heç vaxt açıq etiraf etmədiyi rəsmi qaydada təcrübədən keçirmədiyi bütünCekson demokratiyasınaarxalanacağamsiyasətdə mən köhnə dəbli adamam, ona görə mən bu hökumətin əsasında qurulduğu primitiv prinsiplərdən bir həsr olunmaq qaydasında yapışacağam”.

Onun opponentlərinin dəfələrlə israr etmələrinə baxmayaraq, ayrılma Texasın qul ticarətinin yenidən açılması real məsələ deyildir, Hyuston məhz bu müstəvidə möhkəm təzyiq göstərirdi, həm Meksikanın hinduların sərhəd terrorizminə qarşı böyük müdafiə tədbirləri vəd edirdi. Bu ən sərt kampaniya idi qəzetlər Hyustona istehzalı bir ehtirasla hücum edirdilər, Hyustonun əxlaqsızlığı qorxaqlığı barədə köhnə ittihamları yenidən qaldırdılar. Lakin bu da kifayət dərəcədə qəribə idi ki, onun işləri barədə (ancaq vaxtından əvvəl) qaldırdıqları, onun köhnə yoldaşlarının arasında şəxsən onun arxasınca gedənlərlə, opponentlərin administrasiyasına nifrətlə, Hyustonun tələb etdiyi yeni populyarlıqla, Senatda federal hakimin rüşvətxorluğu ilə bağlı açıqlaması onun istirahətə yollanması üçün vacib əhəmiyyət daşıyırdı onun sevdiyi Texasa dönməsinə görə ona yönəlmiş səmimi hisslərin böyük dalğası bütünlüklə Sem Hyustonun Qubernator seçilməsi üçün birləşərək, onun iki il əvvəlki məğlubiyyətinin bütöv şəkildə dəyişilməsi oldu. On illik ərzində Cənub ekstremistləri üçün bu ilk maneə idi seçilən Qubernator nifrət yayan Texas qəzetləri tərəfindənheç vaxt bir daha qalxmamaq üçün düşməyə borclu olan satqınCənubunCənub Azad-Torpaqçının ən böyük düşmənlərindən birikimi hücuma məruz qalırdı.

Köhnə Cekson millətçiliyi bütövlükdə onun karyerasına səbəb olmaqla, bu vaxt ən sərt sınaqla qarşılaşdı. Demokratik Qanunvericiliyin aşıb-daşan düşmənçiliyinin həqiqəti onun xalqı təmsil etmədiyi fikrinə tərəfdar çıxmaqla, Qubernator Hyuston bütün pretsedenti pozaraq, Qanunvericiliyin birgə sessiyası qarşısında çıxış etmək əvəzinə öz inauqurasiya müraciətini Kapitolinin pilləkənindən birbaşa xalqa çatdırdı. Kapitolinin ətrafında toplaşan nəhəng auditoriyaya müraciət edərək, Hyuston elan etdi ki, o, partiyanın yox, xalqın Qubernatorudur Texas öz taleyini Birləşmiş Ştatlarla birləşdirdiyi vaxt, Şimala ya Cənuba daxil olmamışdır; onun bağlılığı sektsional deyil, millidir”.

Lakin seçiminin yaraları sağalmırdı; Sem Hyustonun adını 1860- ildəki Demokratik Milli QurultaydaNyu Yorkertərəfindənböyük qələbə üçün bütün ölkəni gəzəcəkadamların adlarından biri kimi təklif edəndə, Texas nümayəndə heyətinin lideri, eks-Qubernator Rannels tullanıb ayağa qalxdı dedi: “Ser, Allah xatirinə! Mən o şəxsəm ki, bir az əvvəl Sem Hyustonu Qubernatorluğa seçilməkdə əzmişdim ona edilən hansısa tərif mənə görə lənətə gəlmiş xoşa gəlməyən bir şeydir”.

Belə düşmənlərdən qaçmaq məqsədilə, Hyuston 1860- ildə Qanunvericiliyə birinci ümumi müraciətində dedi:

Pozulmuş çalışanların özlərindən çıxmalarına ölkəni fanatikcəsinə parçalayanların vicdansız hədələrinə baxmayaraq, bizim ümumi ölkəmizə məhəbbət hələ keçmiş zamanın alovunda Texasın konservativ xalqının ürəklərində yanır. Texas Konstitusiyanı müdafiə edəcək Birliyin müdafiəsində dayanacaqdır. Bütün bu, bizi bir millət kimi xilas edə bilər. Onu dağıt bizi anarxiya gözləyəcəkdir”.

     (Ardı var)

 





24.03.2014    çap et  çap et