525.Az

Azərbaycanda tələbələr üçün yeni yataqxanalar tikiləcək - açıqlama


 

Azərbaycanda tələbələr üçün yeni yataqxanalar tikiləcək - <b style="color:red">açıqlama</b> Azərbaycanda yeni, tələbələr üçün bütün beynəlxalq tələblərə cavab verən yataqxanaların tikintisi planlaşdırılır.

Bu barədə 525.az-a təhsil nazirinin müavini Qulu Novruzov məlumat verib. Nazir müavini bildirib ki, tələbə yataqxanalarında yaşayan qaçqın və məcburi köçkünlərin köçürülməsi prosesi artıq başlanıb. İnfrastrukturu lazımi tələblərə cavab verən yataqxanalar təmir olunacaq, digərləri isə söküləcək və onların əvəzinə yeniləri tikiləcək.

S.QARAYEVA
 





18.10.2012    çap et  çap et