525.Az

Həmsədrlər Haaqada Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşüblər


 

Həmsədrlər Haaqada Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşüblər<b style="color:red"></b> ATƏT-in Minsk qrupunun həmsədrləri Haaqada keçirilən Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüş keçiriblər.
 
APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz “Twitter” səhifəsində yazıb.
 
Görüşü müsbət dəyərləndirən C. Uorlik qeyd edib ki, sülhə bir yerdə çalışmaqla nail olmaq mümkündür.
 
C. Uorlik həmçinin münaqişənin Dağlıq Qarabağ və Azərbaycan arasında olduğunu qeyd edib: “Hər halda biz münaqişənin hər tərəf üçün sülhlə həllini istəyirik”. 
 





24.03.2014    çap et  çap et