525.Az

Bakıda daha bir istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq


 

Bakıda daha bir istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq<b style="color:red"></b> Bu gün Mərdəkan yol qovşağından Zaqulba dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata əsasən, Zaqulba prospektində yol cizgiləri və yol göstərici xətlərin yenidən rənglənməsi işləri aparılır. Bu məqsədlə bu gün - martın 25-də saat 18:00-a qədər Mərdəkan yol qovşağından Zaqulba dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Məhdudlaşdırma yolun 2 zolağı üzrə olacaq.
 





25.03.2014    çap et  çap et