525.Az

Xəzərdə itkin düşən balıqçıların yeri müəyyənləşdirilib


 

Xəzərdə itkin düşən balıqçıların yeri müəyyənləşdirilib<b style="color:red"></b> Azərbaycanın Siyəzən rayonunda itkin düşən 5 balıqçının yeri müəyyənləşib.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin bir helikopteri vasitəsilə onlara yanacaq verilib.
 
Qayığın sahibi Rauf Paşayevin APA-ya verdiyi məlumata görə, balıqçılarla mütəmadi əlaqə saxlayırlar: “Onlar sağdırlar və sahilə doğru yaxınlaşırlar”.
 
Qeyd edək ki, FHN-i ötən gün Xəzər dənizində 5 balıqçının itkin düşməsi barədə məlumat yayıb.
 
Fövqəladə Hallar Nazirliyindən verilən ilkin məlumatda bildirilirdi ki, onlar balıq tutmaq üçün mühərrikli qayıqla Xəzər dənizinə çıxıblar.
 
Balıqçıların olduğu qayığın yanacağı bitdiyi üçün dənizdə köməksiz qalıblar.
 
Bununla bağlı FHN-in qaynar xəttinə məlumat verilib.
 
Nazirliyin aviasiya dəstəsinin bir helikopteri, digər xilasetmə qüvvələri axtarış xilasetmə işlərinə cəlb olunub.
 





26.03.2014    çap et  çap et