525.Az

Türkiyədə 2 azərbaycanlı terrorçu saxlanıldı


 

Türkiyədə 2 azərbaycanlı terrorçu saxlanıldı<b style="color:red"></b>

Türkiyədə martın 20-də hərbi posta hücum etmiş şəxslərlə əlaqəli olduğu bildirən 3 nəfər saxlanılıb.

 APA TV-nin xəbərinə görə, saxlanılan 3 nəfərdən ikisi azərbaycanlıdır. Həmin şəxslərin İstanbulda saxlanıldığı və Ulukışlaya aparıldığı bildirilir. Onlar barələrində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə çıxarılıblar. Məhkəmə bir Azərbaycan və Türkiyə vətəndaşını sərbəst buraxıb. Olayda şübhəli bilinən digər Azərbaycan vətəndaşı barəsində isə həbs-qətimkan tədbiri seçilib.
 
Xatırladaq ki, martın 20-də Türkiyənin Niğde şəhərinin Ulukışla qəsəbəsində hərbi posta hücum edilib. Hadisə nəticəsində bir hərbçi, bir polis nəfəri və bir yük maşını sürücüsü olan mülki şəxs öldürülüb.
Hadisə zamanı iki basqınçı da yaralı ələ keçirilib, onlardan daha biri isə hadisənin ertəsi günü yaxınlıqdakı kənddə saxlanılıb. Onlar barəsində məhkəmə həbs-qətimkan tədbiri seçib. Həmin şəxslər Suriyada hökumət qüvvələrinə qarşı döyüşən İŞİD (İraq-Şam İslam Dövləti) silahlı qrupunun üzvləridir. Albaniya və Kosovo əsilli bu iki şəxs radikal islamçılardır. Onlardan Albaniyada anadan olmuş 19 yaşlı biri polisə və məhkəməyə ifadə verməkdən imtina edib, protokolları "günah olduğu" üçün imzalamayıb. Özünü Çendrim Ramadani kimi təqdim edən İsveçrə vətəndaşı deyib ki, polislə hərbçini öldürərək savab iş görüb.

 





26.03.2014    çap et  çap et