525.Az

Krımın futbol klubları Ukrayna çempionatında oynayacaq


 

Krımın futbol klubları Ukrayna çempionatında oynayacaq<b style="color:red"></b> Martın 29-da «Sevastopol» futbol klubu Lvovun «Karpatı» komandası ilə keçiriləcək oyunu təxirə salmaq niyyətində olmadığını bildirib.
 
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Krımın Rusiyaya birləşdirilməsinə baxmayaraq, «Sevastopol» Ukrayna çempionatında oyunlarını davam etdirmək istəyir.
 
Klub rəhbərliyi biletlərin satışda olduğunu və komandanın qarşılaşmaya ciddi hazırlaşdığını bəyan edib.
 
Cümə günü Zaporojeyenin «Metallurq» klubu ilə görüşəcək Simferopolun «Tavriya» komandası da uyğun addım atmaq niyyətində olduğunu bildirib.
 
Bununla belə cari mövsüm başa çatandan sonra yarımadanı təmsil edən hər iki klubun Rusiya çempionatında iştirakı istisna olunmur.
 
UEFA təmsilçiləri  adı çəkilən klublardan heç bir sorğu almadıqlarını təsdiqləyiblər.
 





27.03.2014    çap et  çap et