525.Az

Bakıda Aeroport yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq


 

Bakıda Aeroport yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq<b style="color:red"></b> Bakıda Aeorport yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata əsasən, Bakıda Aeroport şossesində yol cizgiləri və yol göstərici xətlərin yenidən rənglənməsi işləri aparılır.

Bu məqsədilə martın 27-si saat 10:30-dan 18:00-a qədər Mərdəkan yol qovşağından Hava limanı yol qovşağı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaqdır.

Məhdudlaşdırma hələlik yalnız 2 zolaq üzrə olacaq.
 





27.03.2014    çap et  çap et