525.Az

Bakı metrosunda yeniliklər


 

Bakı metrosunda yeniliklər<b style="color:red"></b>

Bakı Metropoliteninin təmir olunan "28 May" stansiyasında bir neçə yerdə "Siqaret çəkmək qadağandır!", "Foto çəkmək qadağandır!" və "Zibil atmaq qadağandır!" lövhələri asılıb. Bu cür lövhələr "C.Cabbarlı", "Elmlər Akademiyası" və digər stansiyalarda da quraşdırılıb. Lent.az-ın day.az-a istinadən məlumatına görə, "28 May" stansiyasında bir neçə yenilik də var: 8 ədəd elektron monitor quraşdırılıb. Monitorlarda qatarların hərəkət vaxtı barədə məlumatlar yer alıb. Bundan başqa, elektron tablo da yenilənib.

5 ədəd monitor stansiyanın içində, 2-si eskalatorların üzərində, 1-i isə vestibüldə qoyulub.

Stansiyanın girişində məlumat stendi asılıb.

 





27.03.2014    çap et  çap et