525.Az

Bakı-Xarkov aviareysi niyə bağlanır?


 

Bakı-Xarkov aviareysi niyə bağlanır?<b style="color:red"></b>

Ukraynanın «UTair-Ukraine» aviaşirkəti Xarkov-Bakı-Xarkov marşrutu üzrə birbaşa uçuşları martın 29-dan dayandıracaq.

Bu barədə «APA-Economics»ə açıqlamasında aviaşirkətin Bakı nümayəndəliyindən bildiriblər. Lakin şirkət aviareyslərin dayandırılmasının səbəblərini açıqlamır.
 
Qeyd edək ki, «UTair-Ukraine» aviaşirkəti Xarkov-Bakı-Xarkov marşrutu üzrə uçuşlara ötən ilin martın 19-da başlayıb.
 
Xarkovdan Bakıya və əks istiqamətdə uçuşlar həftənin çərşənbə axşamı və cümə günləri yerinə yetirilir. Xarkovdan təyyarə yerli vaxtla saat 22:00-da havaya qalxır və Bakı vaxtı ilə saat 02:30-da Heydər Əliyev Hava Limanına enir. Bakı-Xarkov aviareysi isə saat 03:30-da yerinə yetirilir və təyyarə Xarkov vaxtı ilə saat 04:00-da hava limanına enir.
 

 





27.03.2014    çap et  çap et