525.Az

Dağlıq rayonlarda sulu qar yağacaq


 

Dağlıq rayonlarda sulu qar yağacaq<b style="color:red"></b> Bakıda və Abşeron yarımadasında martın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Havanın temperaturu gecə 5-8, gündüz 11-15 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın bəzi rayonlarında sabah yağış yağacağı, dağlıq rayonlara sulu qar yağacağı ehtimal edilir. Qərb küləyi əsəcək,
Havanın temperaturu gecə 5-9, gündüz 11-16, dağlarda 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 6-11 dərəcə isti olacaq.
 





27.03.2014    çap et  çap et