525.Az

Rüstəm İbrahimbəyov: “Onlar məndən xahiş ediblər ki, hələlik Azərbaycana gəlməyim”


 

Rüstəm İbrahimbəyov: “Onlar məndən xahiş ediblər ki, hələlik Azərbaycana gəlməyim”<b style="color:red"></b>

“Azərbaycana dönməyim məndən asılı deyil, Azərbaycan Kinematoqrafçılar İttifaqının bir neçə əməkdaşının taleyi mənimlə bağlıdır. Onlar məndən xahiş ediblər ki, hələlik Azərbaycana gəlməyim”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov söyləyib.
 
R.İbrahimbəyov Azərbaycana dönməməsini xahiş edən keçmiş işçilərinin adlarını açıqlamaq istəməyib: “O şəxslərlə bağlı cinayət işlərinə nə baxır, nə də həmin cinayət işlərini bağlayırlar. Qeyri-müəyyən vəziyyətdir, ona görə də xahiş edirlər ki, Bakıya gəlməyim. Qorxurlar ki, Bakıya gəlsəm, bu, onların taleyinə təsir edər”.

 





27.03.2014    çap et  çap et