525.Az

Bakıda gölün üzərindən nəhəng yol salınacaq


 

Bakıda gölün üzərindən nəhəng yol salınacaq<b style="color:red"></b> Hal-hazırda Bakıda tikilən Olimpiya stadionunun yanında yerləşən Böyükşor gölünün kompleks şəkildə bərpası ilə əlaqəli işlər gedir.

Day.az-ın verdiyi məlumata görə, bu haqda Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib.

Böyükşor gölünün ekoloji bərpa layihəsi iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələ 2013-2015-ci illəri əhatə edir. İş planına uyğun olaraq su hövzəsinin şimal hissəsində bənd tikiləcək, bu bənd neftlə çirklənmiş suyun qarşısını alacaq.

Gölün qərb hissəsində altızolaqlı magistral yolu tikiləcək. Yolun uzunluğu 1570 metr, eni isə 34 metr, yolun gölün səviyyəsindən hündürlüyü 1,5 metr  olacaq. Yol Ziya Bünyadov prospektini Balaxanı-Binəqədi şosesi ilə birləşdirəcək. Gölün cənub sahilində çirkab sular üçün maneə qoyulacaq.
Gölün şərq hissəsində çirkab sular üçün kollektorun quraşdırılması nəzərdə tutulur, məqsəd bu suların gölə axmasının qarşısının alınmasıdır. Sahil xətti boyunca bulvarın və stadionun ərazisinə keçidin tikilməsi planlaşdırılır. Böyükşor gölünün bərpasının birinci mərhələsində su hövzəsinin dibinin müxtəlif tullantılardan təmizlənməsi nəzərdə tutulur.
Bütün bu işlər 2015-ci ildə başa çatdırılacaq.
 
Xəbəri oxu.az tərcümə edib.
 





27.03.2014    çap et  çap et