525.Az

Jurnalistlər etiraz aksiyası keçirdilər


 

Jurnalistlər etiraz aksiyası keçirdilər<b style="color:red"></b>

 Bu gün bir qrup KİV nümayəndəsi “Qasid” ASC-nin inzibati binası qarşısında aksiya keçirib.

APA-nın məlumatına görə, aksiyada “Yeni Müsavat”, “Azadlıq” və digər qəzetlərin əməkdaşları iştirak ediblər. Onlar “Azərbaycan mətbuatı boğulur”, “Pulumuzu verin”, “Jurnalistlərin cibinə girənlərə ar olsun”, ““Qasid”ə qəsd qəzetə qəsddir” kimi şüarlar yazılan plakatlar qaldırıblar.

“Yeni Müsavat” qəzetinin təsisçisi və baş redaktoru R. Arifoğlu bildirib ki, aksiyanı keçirməkdə məqsəd problemi ictimaiyyətə çatdırmaqdır. “Azadlıq” qəzetinin baş redkator əvəzi Rahim Hacıyev isə “Qasid” ASC-nin 6-7 aydır, pulları ödəməməsindən narazı olduqlarını deyib.

Aksiya iştirakçılarının qarşısına çıxan “Qasid” ASC-nin rəhbəri Mirkazım Kazımov iqtisadi böhranla əlaqədar problem yarandığını və ilin sonuna kimi problemlərin həll olunacağını vəd edib.

Aksiyaya polis tərəfindən hər hansı müdaxilə olmayıb.

 





18.10.2012    çap et  çap et