525.Az

Ermənilər Tovuzun Əlibəyli kəndini intensiv atəşə tutub


 

Ermənilər Tovuzun Əlibəyli kəndini intensiv atəşə tutub<b style="color:red"></b>

Erməni silahlı qüvvələri Tovuz rayonun Əlibəyli kəndini intensiv atəşə tutublar.

Kənd sakinlərinin APA-nın qərb bürosuna verdikləri məlumata görə, saat təxminən 22.30 radələrindən başlayaraq ermənilər iri çaplı silahlarla kəndi atəşə tutublar. Hazırda atışma davam edir. Sakinlərin bildirdiklərinə görə, son 6 ayda belə intensiv atışma olmayıb. Məlumata görə, Azərbaycan ordusu düşməni cavab atəşi ilə susdurmağa çalışır.

 





28.03.2014    çap et  çap et