525.Az

Ermənilər Tovuzun Əlibəyli kənd sakinini və hərbçini yaralanıblar


 

Ermənilər Tovuzun Əlibəyli kənd sakinini və hərbçini yaralanıblar<b style="color:red"></b>

Tovuz rayonu Əlibəyli kəndinin erməni silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulması nəticəsində Əlibəyli kənd sakini və Azərbaycan ordusunun hərbçisi yaralanıb.

Əlibəyli kənd İcra nümayəndəsi Valeh Rzayevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, Əlibəyli kənd sakini 40-42 yaşlı Etibar Tağıyev ayağından yaralanıb. Məlumata görə, o evində olarkən düşmən gülləsi evin divarını dəlib keçərək E.Tağıyevin ayağına dəyib. Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Bundan başqa, Azərbaycan ordusunun bir hərbçisinin də ayağından güllə yarası aldığı bildirilir.
 
Hərbçinin rütbəsi və şəxsiyyəti dəqiqləşdirilir.

 





28.03.2014    çap et  çap et