525.Az

Ankaranın Kızılcahamam rayonunda inşa edilmiş "Xocalı Abidəsi və Xocalı Muzeyi" kompleksinin açılışı olub


 

Ankaranın Kızılcahamam rayonunda inşa edilmiş "Xocalı Abidəsi və Xocalı Muzeyi" kompleksinin açılışı olub<b style="color:red"></b>

Martın 27-də Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü ilə Ankaranın Kızılcahamam rayonunda inşa edilmiş "Xocalı Abidəsi və Xocalı Muzeyi" kompleksinin açılış mərasimi həyata keçirilib.

Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya verilən məlumata görə, tədbir, səfirliyimiz və Ankaranın Kızılcahamam Rayon Bələdiyyəsinin təşkilatçılığı ilə "31 Mart Azərbaycanlıların Soyqırımı Günü" münasibətilə gerçəkləşdirilib.
 
Tədbirdə, Azərbaycan Prezidenti Administrasiyasının ictimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, tanınmış alim və millət vəkili Yaqub Mahmudov, millət vəkili Cavanşir Feyziyev, Kızılcahamam Rayon Bələdiyyəsinin başçısı Coşkun Ünal, Kızılcahamam Rayonunun İcra Başçısı Mustafa Çit, Türkiyə Respublikası Xarici İşlər Nazirliyindən idarə rəisi Səfir Tahsin Tunç Üğdül, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəlik və beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, çox sayda Kızılcahamam rayon sakinləri, diaspor nümayəndələrimiz, ictimai-siyasi xadim, Ankarada təhsil alan tələbə və kursantlarımız, eləcə də çox sayda KİV nümayəndələri iştirak ediblər.
 
Mərasim, iki qardaş ölkə şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından ölkələrimizin himnlərinin oxunması ilə başlayıb. Daha sonraƏli Həsənov, Faiq Bağırov, Yaqub Mahmudov, Coşkun Ünal və  Mustafa Çit çıxış edərək iki qardaş ölkə xalqına qarşı tarix boyu davam etmiş erməni təcavüzündən geniş şəkildə bəhs ediblər.
 
Əli Həsənov Türkiyədə Xocalı Soyqırımı ilə bağlı 3 abidənin olduğunu və 8 bələdiyyə məclisinin Xocalı faciəsini soyqırım kimi tanıdığını diqqətə çatdıraraq, bir gün Türkiyə Böyük Millət Məclisinin də Xocalı faciəsini soyqırımı kimi tanıyacağını ümid etdiyini vurğulayıb.
 
Açılış mərasiminə olan çox saylı qatılım xüsusi diqqət çəkib. Tədbir iştirakçılarına "İrs-Miras" jurnalı ilə yanaşı erməni təcavüzkarlığı ilə bağlı həqiqətləri anladan çox sayda materiallar təqdim olunub.

 





28.03.2014    çap et  çap et