525.Az

Türkiyənin müdafiə sənayesi katibi Murad Bayar vəzifəsindən azad edilib


 

Türkiyənin müdafiə sənayesi katibi Murad Bayar vəzifəsindən azad edilib<b style="color:red"></b>

Türkiyənin müdafiə sənayesi katibi (müstəşar) Murad Bayar vəzifəsindən azad edilib.

APA-nın məlumatına görə, M. Bayarın vəzifəsindən azad edilməsi barədə qərar bu gün «Resmi Qazete»də yayımlanıb.
 
M. Bayarın rəhbərlik etdiyi nümayəndə heyətinin martın 11-də Azərbaycana səfəri planlaşdırılsa da, sonradan səfər aprel ayına təxirə salınmışdı.
 
Qeyd edək ki, 1989-cu ildən SSM-də çalışan M. Bayar 2004-cü ildən Müdafiə Sənayesi Katibliyinin rəhbəri vəzifəsini tutub.
 
Türkiyə mediasında yer alan məlumatlara görə, onun prezidentin baş müşaviri və ya Kanadada səfir təyin olunması gözlənilir.

 





28.03.2014    çap et  çap et