525.Az

Bakıda maskalı şəxslər mənzilə basqın edib


 

Bakıda maskalı şəxslər mənzilə basqın edib<b style="color:red"></b> Bakı şəhərinin Suraxanı rayonu ərazisində quldurluq hadisəsi baş verib.
 
Lent.az-ın məlumatına görə, Yeni Günəşli qəsəbəsi D Yaşayış Massivi, ev 6 mənzil 103 ünvanında yaşayan 1982-ci il təvəllüdlü Abbasov Tural Fəxrəddin oğlu evinə edilən basqınla bağlı polisə müraciət edib. Şikayətçi bildirib ki, evdə olarkən qapı döyülüb və 2 maskalı şəxs aldatma yolu ilə mənzilə soxulub. Bıçaq və tapança ilə silahlanmış həmin şəxslərdən biri ev sahibinin boyun nahiyəsinə zərbə endirib. Daha sonra isə onlar evdə axtarış aparıblar. Mənzili alt-üst edən şəxslər heç bir şey götürmədən hadisə yerini tərk edib.
 
Hazırda faktla bağlı araşdırmalar aparılır.
 





28.03.2014    çap et  çap et