525.Az

"Bu Azərbaycana qarşı açıq-aşkar hədədir"


 

"Bu Azərbaycana qarşı açıq-aşkar hədədir"<b style="color:red"></b>

"ABŞ-ın ATƏT Minsk Qrupuna həmsədr qismində Ceyms Uorliki təyin etməsi bəzi ümidlər yaratmışdı. Əfqanıstan Bolqarıstanda işləmiş bu diplomat Qafqaz regionunun ümumilikdə əhəmiyyətini daha çox anlamalı idi məntiqlə Cənubi Qafqazda geosiyasi sabitliyin qorunması istiqamətində prosesləri daha da sürətləndirməli idi. Eləcə Cənubi Qafqazda Qərbin ümumi maraqları prizmasından kimin kim olduğunu da detallı şəkildə bilməli idi". Bu sözlər Siyasi İnnovasiya Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğluna məxsusdur. Politoloq qeyd edib ki, digər həmsədrlərdən fərqli olaraq C.Uorlikin arxasında ABŞ prezidentinin dəstəyi var. C.Uorlikin aktivliyinin göz qabağında olduğunu deyən M.Əhmədoğlu bildirib ki, ümumilikdə Dağlıq Qarabağ tənzimlənməsində istənilən aktivlik Azərbaycanın xeyrinədir. O, belə deyib: "Uorlikin bu günkü aktivliyi sonda Azərbaycanın xeyrinə çevrilə bilər. Amma əvvəlcə bu aktivlik Dağlıq Qarabağ tənzimlənməsinə ABŞ diplomatiyasına Uorlikin özünü tanıtmalıdır. Uorlikinin bütün bəyanatlarında Dağlıq Qarabağ tənzimlənməsinə obyektiv yanaşma yoxdur. ABŞ Dövlət Departamenti bir neçə dəfə Uorlikin səhvlərini düzəltsə , sonradan Uorlik bu səhvlərini davam etdirib maraqlıdır ki, onun bütün səhvləri ermənilərin xeyrinədir. Amerikalı həmsədrin "twitter"dəki mikrobloqu erməni azərbaycanlı ekspertlərinin bəzən qızğın mübahisə məkanına çevrilir. Lakin Uorlik bu qızğın polemikalardan həqiqəti öyrənmək istəmir. Mikrobloqunda retvit etdiyi bəzi məqalələrdən başa düşmək olur ki, Uorlikin psixikasında problem var. Bu psixi problemin anadangəlmə ya sonradan qazanılmış olması bizə bəlli deyil. Onun düşüncəsində ABŞ diplomatiyasına qarşı inkarçılıq, bəlkə nifrət özünü aydın göstərir. Uorlik son "twit"lərinin birində münaqişə tərəfləri kimi Azərbaycanı Dağlıq Qarabağı göstərdi. ABŞ Dövlət Departamenti ənənəvi illik hesabatlarında Ermənistan-Azərbaycan münaqişəsinə ciddi yanaşma nümayiş etdirir: erməni separatçıları Ermənistanın köməyi ilə Azərbaycanın Dağlıq Qarabağını daha 7 rayonunun ərazisini nəzarətdə saxlayırlar. ABŞ-ın işğal terminini işlətməməsinin səbəbi aydındır. İşğal terminini rəsmən işlədən kimi məsələ BMT Təhlükəsizlik Şurasına qalxmalı Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir".

C.Uorlikin ABŞ Dövlət Departamentinin rəsmi işçisi olduğunu deyən M.Əhmədoğlu bunları söyləyib: "ABŞ Dövlət Departamenti amerikalı həmsədr Uorlik üçün rəhbər qurumdur. Maraqlıdır, Uorlikdə ABŞ Dövlət Departamentinə qarşı getmək cəsarətinin mənbəyi haradadır?! Bəlkə mənbə kimi ABŞ-ın Ermənistandakı keçmiş səfiri Mari Yovanoviçi müəyyənləşdirək?! İndi xanım Yovanoviç ABŞ Dövlət Departamentində Cənubi Qafqaz məsələlərinin kuratorudur. Milliyyətcə serb olan bu qadının antitürk ehtirası ABŞ-ın Qafqaz maraqlarını qat-qat üstələyib. Hər halda Ermənistanda səfir işlədiyi dövrdə bu belə idi. Amerikalı həmsədr yaxınlarda Moskvaya səfər etdi, ATƏT Minsk Qrupunun keçmiş rusiyalı sədri Vladimir Kazimirovla görüşüb ondan məsləhət aldı. Kazimirov Minsk Qrupuna sədr olduğu dövrdə qərəzli, ermənipərəst mövqedə idi. Minsk Qrupunun sədrlikdən həmsədrlik formatına keçməsi bunun sübutudur. İndinin özündə Kazimirov yalnız ermənipərəst şərhlər bəyanatlar verir. Uorlikin məsləhətləşməsi üçün daha mötəbər diplomatlar mövcuddur. Amerikalı həmsədr Stiven Mənn Ermənistanda səfir işlədikdən sonra Qafqaz Mərkəzi Asiya regionu üzrə enerji məsələlərində ABŞ-ın siyasətinin kuratoru oldu. Sonradan Minsk Qrupuna həmsədr təyin olundu. Bu vəzifədə müddəti başa çatdıqdan sonra ABŞ-ın Xəzər dənizi üzrə xüsusi nümayəndəsi vəzifəsini yerinə yetirdi. Qafqaz Mərkəzi Asiya regionunu əla bilir".

Politoloqun sözlərinə görə, Rudolf Perina ABŞ-ın Ukrayna Rusiyadakı səfirliklərində işlədikdən sonra Moldovaya səfir təyin edildi. Politoloq onun Dnestryanı münaqişəni əla bildiyini söyləyib: "Cənubi Osetiya müharibəsi soyumamış ABŞ onu həmin regiona ezam etmişdi. Moldovada səfirlik müddəti başa çatdıqdan sonra Perina Minsk Qrupuna həmsədr təyin edildi. MDB-nin Avropa hissəsini, o cümlədən münaqişəli regionları əla bilir. ABŞ-ın daha bir həmsədri - Metyu Brayza bütün Qərbdə Qafqaz üzrə 3-5 yaxşı mütəxəssisdən biridir. Dağlıq Qarabağ tənzimlənməsində vacib sənədlərin hazırlanmasında şəxsən iştirak edib. Brayza hazırda da ABŞ-ın aktiv siyasi fəaliyyət göstərən diplomatlarından biridir. Mənn Perina salamatdırlar. Ən azı mətbuatda onların ölməsi barədə məlumat yoxdur. Uorlikin Mənn, Perina Brayzanın məsləhətlərinə ehtiyac görməyib, Kazimirovun məsləhətlərini zərurətə çevirməsi şübhə yaratmalıdır. Fikrimcə, Uorlikin ABŞ diplomatiyasına etinasızlıq nümayiş etdirməsi bu sayğısızlığı Krım hadisələrinin qızğın dövründə davam etdirməsi ciddi siqnaldır. ABŞ diplomatiyası Snouden effektini yaratdı. Uorlik onun ətrafındakı bir qrup diplomat təxminən Snoudenin düşüncəsinə malikdir. Rusiyanın amerikalı həmsədr Uorliki satın alıb-almayacağını dəqiq deyə bilmərik. Amma bildiyimiz odur ki, Uorlik ermənilərə satılmaq niyyətindədir. Uorlikin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanatlar Azərbaycana qarşı açıq-aşkar hədədir. Biz onun mövqeyinə qarşı dözümsüzlük nümayiş etdirməliyik. Ola bilər, rəsmilərimizin Uorliklə görüşdən imtina etmələri barədə düşünməsi hədsiz faydalıdır. Mümkünsə, Uorlik "persona non qrata" elan edilməlidir. ABŞ Uorliki digər diplomatları ilə əvəzləməli Uorlik Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımalı, Ermənistanın işğalçı dövlət olması barədə bəyanat verməlidir. Yalnız bunlardan sonra amerikalı həmsədr Azərbaycan rəsmiləri ilə təmasda ola bilər".

AQİL

 





28.03.2014    çap et  çap et