525.Az

Ermənilər Azərbaycanda televiziya kanalının saytını dağıtdılar (FOTO)


 

Ermənilər Azərbaycanda televiziya kanalının saytını dağıtdılar<b style="color:red"> (FOTO)</b>

Azərbaycanda fəaliyyət göstərən regional “Türkel” televiziyasının rəsmi internet saytına (turkeltv.az) haker hücumu olub.

Bu barədə APA-ya “Türkel” televiziyasının “Xəbərlər” redaksiyasının prodüseri Şəfiqə Fazil məlumat verib.

O, internet saytın haker hücumuna məruz qalmasında erməni tərəfindən şübhələndiklərini bildirib. Belə ki, saytda Azərbaycanla bağlı təhqirlər, həmçinin Ramil Səfərovun Azərbaycan bayrağını təhqir etdiyi üçün öldürdüyü Qurgen Markaryanın fotoları yer alıb.

Hakerlər özlərini “ARMENİAN CYBER ARMY” kimi təqdim ediblər.

 





18.10.2012    çap et  çap et