525.Az

Azərbaycanda 40 milyon manatdan çox kredit mənimsənilib


 

Azərbaycanda 40 milyon manatdan çox kredit mənimsənilib<b style="color:red"></b>

Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, «Bank Technique» ASC-dən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə)  maddələri ilə cinayət işi  başlanıb.
 
İstintaq zamanı «İnteralyans» MMC-nin təsisçisi Cavidan Hacıyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə «Transalyans»,  «Qarant-Ko» MMC və digər şirkətlər yaratmaqla onların adına «Bank Technique» ASC-dən müxtəlif vaxtlarda hissə-hissə cəmi 18 milyon 715 min 552 manat, «Meridian Company» MMC-nin təsisçisi və direktoru Rauf Kərimovun eyni üsulla müxtəlif vaxtlarda hissə-hissə 25 milyon 756 min 547 manat məbləğində kredit rəsmiləşdirməklə götürüb mənimsəmələrində, habelə cəmiyyətin qanuni mənafelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib.
 
Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Hazırda iş üzrə istintaq davam etdirilir.

 





28.03.2014    çap et  çap et