525.Az

“Jirinovski nasist ideologiyasına xidmət etdiyini bir daha ortaya qoydu”


 

“Jirinovski nasist ideologiyasına xidmət etdiyini bir daha ortaya qoydu”<b style="color:red"></b>

Millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyevanın “525”ə müsahibəsi 

Gövhər xanım, bildiyiniz kimi, bu günlərdə özünü şərqşünas adlandıran, qalmaqallı qeyri-ciddi bəyanatları ilə tanınan Rusiya Federasiyası Dövlət Dumasının vitse-spikeri, Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski yenidən Azərbaycan xalqı, onun etnogenezi haqqında təhqiramiz fikirlər, heç bir əsası olmayan iddialar səsləndirdi. Bir şərqşünas alim kimi siz onun iddiaları ilə bağlı deyərdiniz?

Sizin qeyd etdiyiniz kimi, bu yaxınlarda Jirinovskinin Azərbaycan, Azərbaycan xalqı , onun adı, tarixi  haqqında heç bir etikaya, heç bir sağlam məntiqə sığmayan, heç bir elmi əsasa əsaslanmayan bir ifadəsini eşitdik bu da, təbii ki, biz azərbaycanlıları hiddətləndirdi. Hesab edirəm ki, Jirinovski əslində bununla, mən bu sözləri dəqiq öz adıyla adlandırmaq istərdim, ifrat millətçinasist ideologiyasına xidmət etdiyini bir daha ortaya qoydu. Onsuz da o insanın indiyədək ifadə etdiyi bütün fikirlər ciddi qəbul edilməyib. Hətta, Rusiya cəmiyyətinin sağlam hissəsi onun fikirlərini daim qeyri-ciddi kimi qiymətləndirib.

Amma bu dəfə xalqımıza qarşı bütün əndazələri aşaraq həmin o sözləri ilə bu adam bir daha məhz faşist-nasist ideologiyasına xidmət etdiyini ortaya qoydu. Jirinovski iddia edir ki, guya ki, şərqşünasdır, ancaq onun şərqşünaslıqdan belə xəbəri yoxdur. Əgər xəbəri olsaydı, bu cür cəfəng, sərsəm iddialar səsləndirməzdi.  O, deyir ki,  Azərbaycan deməkdir rus dilinə tərcümədə? AzərXəzər dənizi, Baycakray, yəni diyar. Yaxşı olardı ki, Jirinovski bu məlumatı hansı mənbədən, hansı xalqın dilindən götürdüyünü dəqiqliklə bildirəydi. Yoxsa, belə asanlıqla uydurmalar yaymaq heç bir etikaya sığmır...

Hansısa tarixi mənbədə, dildə, dialektdə ümumiyyətlə, buna bənzər bir məqama  rast gəlinibmi?

Mən dəqiqliklə deyə bilərəm ki, qədim türk dilində, ümumiyyətlə, türk dilinin  heç bir dialektində, ərəb dilində, fars dilində Xəzər dənizi tarix boyu heç vaxt Azər dənizi adlandırılmayıb. Bu, tam dəqiq məlumatdır.  Azərsözü Xəzər dənizinin adı kimi heç bir mənbədə ərəbdilli, rusdilli, türkdilli mənbədə rast gəlinmir. Müxtəlif dillərdə tərtib edilmiş qədim orta əsrlər xəritələri dediyim fikri təsdiq edir. Xəzər dənizi heç vaxt Azər dənizi adlandırılmayıb. O cümlədən , “baycasözü Jirinovskinin iddia etdiyi mənanı vermir. Ona görə yaxşı olardı ki, izah edərdi görək bu sözünXəzər dənizinin Azər dənizi adlandırılmasını hansı mənbədən, hardan götürüb özünü şərqşünas adlandıran bu insan. İkincisi, o, deyir ki,  azərbaycanlılar Kaspi dənizinin kənarında yaşayan insanlardır. Yəni, rusca bunlar kaspilərdir, bu nədir millətdirmi? Xeyr. Yəni, onun sözləri ilə bu millət deyil, bu yalnız yer adıdır. Kaspilərdən əgər söz gedirsə,  Xəzər dənizinin cənub-şərqində kaspilər adlı toplum yaşayıb onların adlarına görə həmin ərazi müəyyən dövr Kaspiana adlanıb. Lakin sonralar həmin o kaspilər bir xalq, bir etnos kimi yoxa çıxıb. Yəni, qonşu etnoslar tərəfindən əridilib tarixin xəritəsindən adları silinib. O ki qaldı Azərbaycan sözünün mənşəyinə,  qeyd etmək istərdim ki, Azərbaycan sözü ölkə adı olaraq Atropatena sözündən yaranıb tarix boyu bir sıra fonetik  dəyişikliklərə məruz qalaraq bugünkü formasını alıb. Bu haqda mənbələrdə kifayət qədər məlumatlar var. Cənab Jirinovskiyə bildirmək istərdim ki, Atropatena toponimi pəhləvi mənbələrdə Atobadegan, ərəbdilli mənbələrdə isə bir sıra dəyişikliklərə məruz qalaraq bugünkü formasını alıb. Daha dəqiq olsaq, Əl-Xorezmi adlı müəllifinKitab məfatix al-ulüməsərində pəhləvi dilindəkiAtobadeqan”-yeni forma –“Adarbadekan”, Əl-Həmədani adlı müəllifinKitab əl-buldənadlı əsərindəAdarbaigan”, Əl-Bakri adlı müəllifinMucəm mastacəm min asma al-bilədadlı əsərindəAdrabiigan”, Yaqut əl-HəməvininMucəm əl-buldənçoxcildli əsərindəAdrabigan”, Əl-BağdadininMarasid əl-ittila alə asmai əl-əmkinat va-l-bagaəsərindəAdrbaigan”, ibn Kutayba əd-DinavarininKitab əş-şir va-ş-suaraəsərindəAzrabicanformasını alıb. Bu siyahını xeyli artırmaq da olar. Yəni, demək istəyirəm ki, ərəblər Azərbaycanı istila edəndən sonra həmin o Atropatena sözü tədricən dəyişikliyə məruz qalıb. müxtəlif ərəb mənbələrində tədricən dəyişilərək bugünkü formasınıAzərbaycan formasını  alıb. Onu da deyim  ki, ərəblərdəəhərfi olmayıbson olaraqAzerbeycanformasına rast gəlinir daha sonra xalqımızın dilində bu toponimAzərbaycanformasını alıb. O ki qaldıazərsözünün mənşəyinə, bugünkü İranın ərazisində çox qədim vaxtlardaazəradlanan irandilli qəbilə yaşayıb ki, onun da xalqımızın etnogenezində heç bir rol oynamadığı ciddi alimlər tərəfindən çoxdan sübuta yetirilib. Beləliklə, xalqımızın adıazərbaycanlılar məhz onun minilliklərlə yaşadığı ərazi ilə bağlıdır qədim Atropatenaya gedib çıxır. Azərbaycan xalqının bir xalq kimi etnogenezinə gəlincə, bu yerdə bir məqamı xatırlatmaq yerinə düşər. Məşhur bir alman yazıçısının çox gözəl bir romanı var. O romanda bir faşist nəzarətçi digər bir insanı ələ salır, onun etnik mənşəyini aşağılayır.  O zaman  həmin o məsxərəyə məruz qalan insanın cavabı belə olur: “Sənin əcdadların meymun kimi ağacdan-ağaca hoppananda mənim əcdadlarım sivilizasiya yaradıb”. Bu cənab Jirinovskiyə ən yaxşı cavab olardı. Jirinovski bilməlidir ki, Azərbaycan xalqı ta qədim dövrlərdən  böyük sivilizasiya yaradan xalqlardan olub. Şimal qonşumuz XII əsrdə hələSlovo o polku İqoreveyaradanda, Azərbaycan xalqı artıq bir neçə əsr idi ki, “Kitabi-Dədə Qorqudeposunu artıq yaratmışdır. XII əsr Azərbaycanı onun xalqı böyük intibah dövrünü yaşayırdı, burada Nizami Gəncəvi, Məshəti Gəncəvi, Xaqani Şirvani, Əbül-Ulə Gəncəvi kimi böyük söz ustadları yaşayıb yaradırdı. Nizaminin o zaman yaratdığıXəmsəisə özündən sonrakı Şərq ədəbiyyatının ta XVIII əsrədək inkişaf istiqamətlərini müəyyənləşdirdi bütün bəşər mədəniyyətinə misilsiz təsir göstərdi. Ərəb mənbələrində xalqımızın qədim mədəniyyəti haqqında kifayət qədər məlumatlar var. Hələ 7-ci əsrin ikinci yarısında azərbaycanlılar əruz vəznində ərəbdilli poeziya yaradıblar. Bu haqda dəqiq məlumatları cənab Jirinovskiyə təqdim edə bilərik. Zəmanəmizə gəlib çatmış o məlumatlar tam sübuta yetirir ki, hələ VII əsrin ikinci yarısında azərbaycanlılar həm formaca, həm məzmunca çox təkmil şeirlər yaratmışlar. 7-ci əsrin ikinci yarısında Azərbaycan ərəblər tərəfindən istila olunanda Azərbaycandan xilafətin mərkəzinə, yəni, Səudiyyə Ərəbistanına, Məkkəyə, Mədinəyə əvvəlcə əsir şəklində aparılan insanlar az sonra azad olunaraq məvali stasusu əldə ediblər burada yaşayıb yaradıblar. Onların həyat yaradıcılığı haqqında ərəb mənbələrində kifayət qədər məlumatlar var. Hələ Xətib Təbrizidən əvvəl Təbrizi soyadlı bir sıra şairlər olub. Səlmasi soyadlı şairlər olub. Yusif Xoylu adında şair olub. Şimali Azərbaycan ərazisindən qədər ərəbcə yazan alim, şair ədiblərin əsərləri, orta əsr ərəb antologiyalarına düşüb. Bu onu göstərir ki, Azərbaycan xalqı inkişafın o səviyyəsində idi ki,  o cür gözəl əsərlər yarada bilib müştərək ərəb-müsəlman mədəniyyətinin yaradıcılarından biri olub. Azərbaycan xalqı həmin o mədəniyyətin yaradılmasında çox fəal şəkildə iştirak edib. Məsələn, Xətib Təbrizi ərəb ədəbiyyatşünaslığının banisi sayılır. Azərbaycanlıların etnogenezinə gəldikdə isə Jirinovskinin nəzərinə çatdırmaq istərdim ki, azərbaycanlıların etnogenezində digər xalqların etnogenezindəki kimi bir neçə etnos iştirak edib, amma bu zaman aparıcı faktor türk faktoru olub.

Yəni, fikrinizcə,  bu gün heç bir xalq deyə bilməz ki, mənim etnogenezimdə yalnız bir etnos iştirak edib...

Tamamilə doğrudur. Bu, mümkün deyil. Qədim dövrlərdə böyük köç hadisələri baş verirdi, qəbilələrin köçü. Ona görə heç bir xalq bu gün təmiz bir etnosdan yaranmasını iddia edə bilməz. O  cümlədən Azərbaycan xalqının etnogenezində bir sıra etnoslar iştirak edib ki, onların da əsasını, əlbəttə ki, türkdilli qəbilələr təşkil edib. Hələ eramızdan əvvəl Cənubi Qafqaz ərazisində albanlarla, digər xalqlarla, bahəm, elə yerli xalq olaraq türklər , müxtəlif türk qəbilələri yaşamışlar. Məsələn, 5-ci əsrdə qədim Albaniyada albanlarla yanaşı, bir sıra qəbilələr yaşayıb, o cümlədən , buntürklər qədim qarqarlar. Onların Albaniya ərazisində geniş yayıldığı tarixi faktlarla arxeoloji qazıntılar nəticəsində sübuta yetirilib. Hətta o dərəcədə inkişaf ediblər ki, 5-ci əsrdə öz əlifbalarını da bu ərazidə yaradıb yayıblar. Daha sonra isə əsaslı dönüş, yəni, türklərin sayca üstünlük təşkil etməsi 4- əsrin sonunda baş verib. Dnestr Don sahillərindən gəlmiş hunlar Qafqazdan keçərək, daha sonra Cənubi Qafqazdan Ön Asiyaya doğru yürüş ediblər. Qafqazdan keçən zaman isə  hunların böyük bir hissəsi Cənubi Qafqazda qaldı. Yəni, bugünkü Azərbaycanın ərazisində qaldı bu zaman burada artıq türklər, türkdilli əhali üstünlük təşkil etməyə başladı. Hunlara da müxtəlif tayfa ittifaqları daxil idi. Bunların bir neçəsinin adını istəyirəm çəkəmbulqarlar, kəngərlər, xəzərlər, sabirilər, barsillər digər qəbilələr. Onları təmsil edən insanların böyük bir qismi məhz Azərbaycan ərazisində qaldılar. Beləliklə türk etnosu burda üstünlük təşkil etdi. Tarixdən bilirik ki, 10-11-ci əsrlərdə Cənubdan Oğuz tayfaları Ön Asiyaya doğru irəliləyəndə eyni zamanda Cənubi Azərbaycana, Şimali Azərbaycana oğuzlar güclü gəlməyə başladılar. Bununla da türk faktoru bu ərazidə tamamilə möhkəmləndi burada üstünlük təşkil etdi.  8-ci əsr İbn Xişam adlı ərəb müəllifi  xəlifə Müaviyyəyə aid bir hadisəni yada salır. Xəlifə Müaviyyə Azərbaycana, Qafqaza göndərdiyi sərkərdə Ubeyd ibn Şəriyədən soruşur ki, Azərbaycanda kimlər yaşayır?  Sərkərdə cavab verir: “Ora türk torpağıdır. Onlar oraya cəmləşərək bir-biri ilə qarışmış təkmilləşmişlər.” Bu, 8-ci əsrin əvvəlində olan söhbətdir. Yəni, o vaxtdan məlum idi ki, Azərbaycan ərazisində məhz türklər yaşayıb.

Kamil Həmzəoğlu
 





30.03.2014    çap et  çap et