525.Az

Aqil Abbas: «Kitab sevdiyin qız kimidir, onunla vaxt keçirməkdən doymursan»


 

Aqil Abbas: «Kitab sevdiyin qız kimidir, onunla vaxt keçirməkdən doymursan»<b style="color:red"></b>

«İndi bəziləri deyir ki, mətni internetdən oxumaq yaxşıdır. Razı deyiləm. Kitabın əvəzini, yerini heç nə verə bilməz. Kitab sevdiyin qız kimidir, onunla vaxt keçirməkdən doymursan. İstədiyin vaxt açıb oxuyursan, ürəyinin üstünə qoyb yata bilirsən. Kitabın ətri də başqadır. Bəziləri də deyir ki, kitab almağa pul yoxdur. Ağ yalandır. Niyə gündə iki qutu siqaret çəkməyə, araq içməyə, başqa qələtlərə pul tapırlar, ayda bir bahalı telefon dəyişəndə pulları olur, amma ayda on manat kitaba verməyə pul tapmırlar?!».

525.az-ın məlumatına görə, bu sözləri  bu gün Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Filarmoniya bağında təşkil etdiyi Milli Müstəqillik Gününə həsr olunmuş «Müstəqilliyimiz əbədidir» adlı kitab-sərgi yarmarkasında yazıçı Aqil Abbas deyib. 

Aqil Abbas oxucu və yazıçının canlı ünsiyyəti baxımından belə sərgi-yarmarkaların təşkilini yüksək dəyərləndirib. O, belə yarmarkaların daha böyük ərazidə, insanların gur olduğu yerlərdə keçirliməsinin zəruriliyinin vurğulayıb. Yazıçı həmçinin belə sərgi-yarmarkaların əyalətlərdə, bölgələrdə keçirilməsinin vacibliyini də qeyd edib.

Sevinc MÜRVƏTQIZI 

 





18.10.2012    çap et  çap et