525.Az

İstanbulda Hüseyn Cavidlə bağlı elmi konfrans və ədibin əsərlərinin təqdimatı olub


 

İstanbulda Hüseyn Cavidlə bağlı elmi konfrans və ədibin əsərlərinin təqdimatı olub<b style="color:red"></b>

İstanbul Universitetinin Avrasiya İnstitutunda görkəmli Azərbaycan şairi dramaturqu, ictimai xadim Hüseyn Cavidin əsərlərinin Türkiyədə ilk nəşrinin təqdimatı ədibin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib. Ümummilli lider Heydər Əliyevin Hüseyn Cavidin Naxçıvan şəhərində yerləşən məqbərəsində çəkdirdiyi şəkillərin, şairin zəngin mənalı həyatını əks etdirən nadir fotoların da daxil olunduğu 944 səhifəlik kitabKaspiTəhsil Mərkəzi tərəfindən hazırlanıb.

İstanbul Universitetinin tələbə-müəllim kollektivinin, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, türkiyəli cavidsevərlərin Azərbaycandan gəlmiş geniş tərkibli nümayəndə heyətinin iştirakı ilə keçirilmiş mərasimdə Hüseyn Cavidin zəngin həyat yaradıcılığına həsr olunmuş film nümayiş etdirilib.

Mərasimi giriş sözü ilə açan Avrasiya İnstitutunun prorektoru, professor Sedat Murad Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Həsən Zeynalov Hüseyn Cavidin əsərlərinin Türkiyə nəşrinin mahiyyətindən elmi konfransın əhəmiyyətindən bəhs ediblər.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Kamran Əliyev, “KaspiTəhsil Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva, İstanbul Universitetinin Avrasiya İnstitutunun Asiya işləri üzrə mərkəzinin rəhbəri, professor Xəlil Bal, Avrasiya İnstitutunun ədəbiyyat fakültəsinin dekanı, professor Mustafa Özkan, filologiya üzrə fəlsəfə doktoru, kitabın tərtibçisi Azər Turan, professor İbrahim Yıldırım, Milli Məclisin deputatı, şair Sabir Rüstəmxanlı, Mərmərə Qrupu Strateji Sosial Araşdırmalar Mərkəzinin baş direktoru Akkan Suverin məruzələri çıxışları dinlənilib.

Professor Kamran Əliyev bildirib ki, Hüseyn Cavidin qələmə aldığı mövzular türkdilli xalqlar arasında ədəbi bir körpüdür: “Cavidin qəhrəmanları dünya siyasətinə təsir etmək imkanında olan şəxsiyyətlərdir. Onun əsərləri əfsanə miflərə söykəndiyi kimi, real tarixi proseslərə aydın baxış formalaşdırıb”.

Hüseyn Cavidin tarixi şəxsiyyət, yenilməzlik mübarizlik nümunəsi olduğunu diqqətə çatdıran Sova Vəliyeva qeyd edib ki, şair öz əsərlərini orijinal üslubda yaratmaqla bərabər, türkçülük turançılıq ideyalarının yaşamasına nail olub, diqqəti bəşəri dəyərlərin mahiyyətinin dərk edilməsinə yönəldə bilib: “Cavidin əsərləri həmişə müasirliyini saxlayacaq sevilə-sevilə oxunacaq. Cavid bəşəri sənətkardır. Onun əsərlərinin başqa dillərə tərcümə edilməsi Cavid irsinin dünyada yayılmasına şərait yaradacaq”.

Mustafa Özkan Cavidin şeirlərində Osmanlı dövlətinin dövründə işlədilən türk dilində olmasından danışıb, onlardan nümunələr təqdim edərək üzərində təhlillər aparıb.

Xəlil Bal diqqəti Hüseyn Cavid yaradıcılığının onun öz dövrünün reallıqlarını tarixiləşdirməsinə yönəldib.

Hüseyn Cavidin İstanbuldakı həyat fəaliyyəti barədə yeni faktlarla çıxış edən İbrahim Yıldırım bildirib ki, Cavid islami dəyərləri uca tutmaqla bərabər, milli adət-ənənələrimizə, mədəniyyətimizə musiqimizə sonsuz rəğbət bəsləyən bir şəxsiyyət olub.

Cavid yaradıcılığına xoş münasibət bəşəri dəyərlərə insani hisslərə hörmətdir”. Bu fikirləri mərasimdə Azər Turan səsləndirib kitabın tərtibi ilə bağlı görülən işlər barədə fikrini bölüşüb.

Hüseyn Cavidin əsərlərinin bütün zamanlar üçün aktual olduğunu deyən Sabir Rüstəmxanlı ədibin yaradıcılığı barədə fikirlərini söyləyib.

Məruzəsini Heydər Əliyevin Mustafa Kamal Atatürkün tarixi fəaliyyətinin təhlili üzərində quran Akkan Suver qeyd edib ki,  Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyev böyük Cavidə yenidən həyat verdiyi kimi, Türkiyə Cümhuriyyətinin qurucusu da türk şairi Tofiq Fikrət yaradıcılığına yeni həyat işığı bəxş edib.

Aktyorlar Məmməd Səfa Məlahət Abbasova Cavidin əsərlərindən parçalar səsləndirib.

Sonda jurnalistlərin suallarına cavab verən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təqdim olunan kitabı dünya ədəbiyyat xəzinəsini zənginləşdirən bir inci kimi dəyərləndirib Cavid yaradıcılığının bu gün öz aktuallığını saxladığını diqqətə çatdırıb. Azərbaycan hökumətinin elmə mədəniyyətə göstərdiyi qayğıdan danışan Əli Həsənov Prezident İlham Əliyevin Azərbaycanın görkəmli şəxsiyyətlərinin, o cümlədən ədəbi simalarının dünyada tanıtdırılması ilə bağlı həyata keçirdiyi çoxsaylı tədbirlərdən bəhs etmiş bu siyasətin nəticələri haqqında söhbət açıb. O, Hüseyn Cavidin əsərlərinin İstanbulda ilk dəfə nəşr edilməsini bu siyasətin göstəricisi olduğunu deyib.


S
.ABDULLAYEVA       
 





30.03.2014    çap et  çap et