525.Az

Bolqarıstanda “Qar yağacaq”


 

Bolqarıstanda “Qar yağacaq”<b style="color:red"></b>

PərvininQar yağacaqhekayəsi BolqarıstanınRosiya seqodnyaqəzetində rus dilində çapdan çıxıb. Gənc yazarı rusdilli Bolqar oxucularına təqdim edən şairə Nataliya Yermenkova hekayəyəQarla gələn Yazadlı kiçik önsöz  yazıb.

Qeyd edək ki, ötən il həmin qəzetdə Nataliya Yermenkova PərvininSamir üçünhekayəsini oxuculara təqdim edərək onun haqqındaQəlbi isidən Ulduzessesini yazmışdı. Müəllif adıçəkilən essedə Pərvinlə MoskvadaXaricdə Yaşayan YazıçılarForumunda tanışlığından söz açaraq gənc yazıçının hekayələri barədə fikirlərini bölüşmüşdü. Bu nömrədə PərvininQar yağacaqhekayəsini təqdim edən şairə yazır: “Keçən dəfə mən Pərvinlə tanışlığımın tarixçəsindən , Qadınlığın bu gözəl nümayəndəsi ilə yaş çox güman ki mədəniyyət fərqlərimizə baxmayaraq bir-birimizi yarım sözdən anlamağımızdan da ətraflı söz açmışdım. əsl Həqiqət budur ki, heç bir fərq yoxdur. Həyat mövqelərimiz, qadın talelərimiz, ədəbi zövqlərimiz çox bənzərdir. Bir bir-birimizlə yazışmaq ünsiyyət qurmaq istəyimiz eynidir. bu bir daha onu göstərir ki, biz hamımız eyni  Dünyanın övladlarıyıq. Pərvinin zərif, təmtəraqdan uzaq, amma eyni zamanda müdrik hekayələri bunu deyir! Oxucuları bu cür gözəl istedadlı yazıçının yaradıcılığı ilə təkbətək qoyuram...”

Qeyd edək ki, “Qar yağacaqhekayəsini rus dilinə müəllif özü tərcümə edib.

 





30.03.2014    çap et  çap et