525.Az

Qəddafi ölümündən öncə “Quran” oxuyub


 

Qəddafi ölümündən öncə “Quran” oxuyub<b style="color:red"></b>

20 oktyabrda üsyançılar tərəfindən öldürülən Qəddafinin ölümü haqda yeni məlumatlar yayılıb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Qəddafinin ölümü haqda yeni detallar məlum olub. Qəddafinin nə cür öldürülməsi ilə əlaqədar müxtəlif fikirlər söylənilirdi. İnsan Haqqlarını Qoruma Təşkilatı ötən gün bu haqda hesabat açıqlayıb.

Təşkilat diktatorun işgəncəyə məruz qalaraq öldürülməsini söyləyib. İşgəncəyə məruz qalan Qəddafinin son günlər ac-susuz qalması, heç kəslə əlaqəsinin olmaması, oğlu Mütəssimin qaçış planının uğursuz olması və bıçaqlanması məruzədə əksini tapıb. Hesabatda ölümünə yaxın Qəddafinin yanında olan şəxsin fikirləri də qeyd olunub.

Şahidin söylədiklərinə görə, diktator ölümündən öncə “Quran” oxuyub.

Nigar Məhərrəm

 





18.10.2012    çap et  çap et