525.Az

Tapılmayan dərman (davamı)


 

Tapılmayan dərman <b style="color:red">(davamı)</b>

(Əvvəli 20 mart sayımızda)    

Çöl qapının cırıltısı otağa çəkən sükutu pozdu. Gözümün quyruğu ilə o tərəfə baxdım. Üçüncü sinifdə oxuyan böyük oğlum Tamerlan idi. O, həmişə belə məqamlarda evdə duruş gətirə bilmirdi. Anasının hədəqədən çıxmış gözlərinə görünməmək üçün sivişib əkilirdi. Ara sakitləşəndən sonra evə qayıdırdı. Əlacı olsaydı, ömürlük qayıtmazdı. Çünki gələn kimi anası onu sorğu-suala tuturdu. Dəftərindəüçqiymət görən kimi gözünü yumub ağzını açırdı:

Harada sülənirdin, əəə! Daha bəsdi! Küçələrdən yığış! Az ona-buna qoşul. Səni doğduğum yerdə qarnım yırtıleydi! Daş-qaya yağaydı səni dünyaya gətirdiyim günə. Mənə övlad yox e, dərd-bəla oldun. Yığmısan məni boğaza!..

Tamerlan anasının bu kinayəli sözlərindən, hərzə-hədyan danışıqlarından bəzən zinhara gəlib, xalasıgilə gedir, çox vaxt da orda qalırdı. Bəhanəsi o olurdu ki, sinif yoldaşı, həm xalası qızı Xuramanla bir yerdə dərs öyrənirlər. Xalası da Tamerlana qəhmər durub onun dediyini təsdiq edirdi:

Belə, Tamerlana xalası qurban, – deyirdi. – Yəni bir gecə bizdə qalsa, qiyamət qopar? Ya sizin ev, ya da bizim ev, fərqi var?

Xalası yaşca Dilarədən böyük olduğu üçun ona təpinirdi :

Azz, eeey!.. Noolsun bacımsan! Gözünü , adamını tanı. Ortalığa ayrı-seçkilik salma. Tamerlanla işin olmasın. Qoy uşaqlar bir yerdə dərs oxusunlar. Xuraman onsuz darıxır. Dərsinə yaxşı hazırlaşa bilmir.

Fikirləşdim ki, Tamerlan yenə xalasıgilə getdi. Telefon zəng çaldı. Kar könlündəkini anlayan kimi mən düşündüm ki, yəqin Sadıq kişidir. Naftalandan xoş xəbər verəcək. Ancaq qulağıma qəzəbli bir səs gəldi:

Sizinlə danışan milis kapitanı Musa Cabbarzadədir! Yetkinlik yaşına çatmayanlar üzrə şöbənin rəisi.

Telefonda udquna-udquna qaldım. Nitqim qurudu. Öz-özüməmilis idarəsi hara, mən harafikirləşdim. Dilim dolaşa-dolaşa:

Eşidirəm sizi,-dedim, yoldaş Cabbarzadə!

Milis kapitanı rəsmi qaydada bir qədər qəzəbli:

Şənlik prospektindəki çoxmərtəbəli binanın iyirmi yeddinci mənzilində yaşayan Tamerlan Quliyev sizin oğlunuzdur?!

Bəli.- dedim.

Vot tebe na!-deyib əlavə etdi. – Xahiş edirəm milis şöbəsinə gələsiniz!

Haçan?

Necə yəni haçan, elə bu dəqiqə!

Ağlıma yüz cür şey gəldi. Əhvalım pozuldu. Naftalan söz-söhbətini unutdum. İndi durduğum yerdə milis idarəsinə çağırıldığım barədə düşünürdüm. Məni nələr gözlədiyini özüm bilmirdim. Lap qızdırmalı anlarda keçirdiyim hisslərə qapıldım.

Milis kapitanı Musa Cabbarzadənin kabinetinə daxil oldum. Tamerlan ahıl bir kişi ilə qabaq-qənşər əyləşmişdi. Milis kapitanı kabinet boyu var-gəl edə-edə onları sorğu-suala tutmuşdu. Kapitan oturmaq üçün mənə rəsmi qaydada yer göstərdi:

Buyurun, əyləşin, yoldaş Quliyev,-dedi.-Uşağı... uşağı belə tərbiyə edərlər? Siz övladınızı lap başlı-başına buraxmısınız. İctimai yerdə özünü apara bilmir! Özündən böyüyün yolunu saxlamır! Xuliqanlıq edir! Belə yaramaz! Heç yaramaz! İndi biz tədbirini görərik, baxarsınız. Sizin yerinizə yazarıq...

Tamerlan məni görcək kövrəldi. Onu qəhər boğdu. Özünü saxlaya bilmədi. Hönkürə-hönkürə:

Mən... mən.. – dedi. – Dükanın qabağından... qabağından o... o... təsərrüfat malları dükanı var ee... onun yanından keçirdim! , keçirdim!

Qəhər Tamerlanı boğduğundan, bir ki, milis kapitanının zəhmindən atasının qarşısındakı xəcalətdən o, tutula-tutula danışırdı. Kəlmələr boğazından güclə, qırıq-qırıq çıxırdı. Əlinin arxası ilə gözünün yaşını silə-silə:

, keçirdim, – dedi. – Keçirdim... Gördüm ki, növbədə çoxlu adam dayanıb. Soo... Soruşdum ki, satırlar?- Barmağını qarşındakı kişiyə uzatdı. – O əmi... o əmi, dedi ki, dedi ki... o  əmi  dedi  ki,  Naftalan  satırlar.  Mən sevindim. , sevindim ki, bu gün atam o Naftalanı səhərdən-axşamacan  axtarıb,  tapmayıb,  , tapmayıb!!! Anam da onun üstündə atamla... atamla dalaşdı. Hirsindən qablarımızı vurub qırdı. Elə... elə yaxşı oldu ki, bu dükanda Naftalana rast gəldim. Bax... bax, bu  əminin  sözünə  inanıb  növbəyə dayandım! ... , növbəyə dayandım. Növbə... növbə mənə çatanda satıcı xala soruşdu ki, sənə qədər lazımdır?! Dedim düz iki şüşə. Elə ikicə şüşə olsa... Satıcı xala mənə güldü. , bərkdən güldü, dişlərini ağartdı. Növbədə dayananların hamısı mənə  baxıb  şaqqanaq çəkdilər. Satıcı o ki var gülüb qurtardıqdan sonra soruşdu ki, oğul, sənə lazımdır? Dedim ki, Naftalan lazımdır. Naftalan almaq istəyirəm. Atamın dayısının beli ağrıyır. Pulum da var. Əlimi cibimə salıb iki üçlük göstərdim. Göstərdim ki, dükançı xala inansın. Bilsin ki, balaca olsam da, pulum var. Naftalan almağa çatar. Dedim ki, atamın dayısının beli ağrıyır. Radi... radikulitdi. , bel ağrısı. Gecə səhərəcən inildəyir, beli ağrıyır. Həkim deyib. Mən ona Naftalan almaq istəyirəm. Atam bir gün... , düz bir gün axtarıb tapmayıb. Sevindim ki, mən tapmışam. Evə qayıdanda anam da sevinəcək. Hirsi soyuyacaq. Deyəcək ki... deyəcək ki, ay bərəkallah, mənim fərasətli balam!..

Tamerlan əli ilə gözünün yaşını silə-silə ahıl kişini göstərdi bir qədər sərbəst danışdı:

O əmi məni aldatdı. Əmi mənə yalan satdı. Dükançı dedi ki... dedi ki, biz Naftalan yox, naftalin satırıq. Məktəbdə necə dərs almısan ki, Naftalanla naftalini bir-birindən ayırd edə bilmirsən? Dedi ki, günah saa dərs verən müəllimdədir. Naftalan apteklərdə olur. Bura dükandır. qədər deyirsən, naftalin verim. Dükançı xala dedi ki, güvənin qənimidir. Qoymaz palazı, kilimi, gəbəni, papanın dublyonkasını, mamanın yun paltosunu güvə kəssin. Mən yenə dükançıdan Naftalan istədim. Hamı güldü. Bu dəfə lap bərkdən güldülər. Məni lağa qoydular. Utandım, utandığımdan bilmədim ki, başımı hara soxum, hamısını o əmi elədi. Günah o əmidədi, məni aldatdı. Dedi Naftalan satılır. Mən hirslənib bax, bu əminin böyrünə bir dürtmə ilişdirdim. Dedim, yalançı!!! Əmilər adamı aldatmaz! O da mənə bir-iki şapalaq vurdu. Şapalağın biri elə şappıldadı ki, üzüm göynədi. Milislər ... milislər bizi tutub bura gətirdi...

Yaşlı kişi demək istəyirdisə, tez-tez ayağa qalxıb otururdu. Milis kapitanı ona əli ilə işarə etdi ki, qoy uşaq danışıb qurtarsın sonra. sözün, var deyərsən.

Tamerlan fikrini yarımçıq-yarımçıq deyib susdu. Xəcalətdən başını aşağı dikdi. Yaşlı kişi milis kapitanına tərəf irəliləyib ağzını açdı. Barmağını sağ sol cənginə keçirib gücü gəldikcə dartdı. Alt üst tərəfdə qalan iki kötük dişini əvvəlcə milis kapitanına, sonra mənə göstərdi. Yaşlı kişi yalvarıcı tərzdə, çəkinə-çəkinə:

Vallah, billah, mən Naftalan demirdim. Uşaq məndən soruşdu ki, satırlar? Mən dedim naftalin satırlar. Ağzımda dişim... Ağzımda dişim olmadığı üçün sözü düz deyə bilmədim. Mən çörəyi isladıb  yeyirəm.  Diş  sarıdan  əziyyət çəkirəm. Dünyanın gözəl  nemətlərinə həsrət qalmışam. Vur-tut dördcə kötük qalıb, ikisi yuxarıda, ikisi aşağıda. O da kar kəsmir. Danışanda dilim topuq vurur. Uşağı da qınamıram. Naftalini Naftalan başa düşüb. Axı mən bilim ki, ona Naftalan lazımdır. Bu sinnimdə yalan danışaram?! Ayağımın biri burdadı, biri gorda. Dağdan aşmış gün kimiyəm. Bu gündən səhərə ümidim yoxdu. O bir cüt oğlumun qara xəbəri gəlsin, qəsdən  deməmişəm! Mən o uşağı aldatmamışam! Bu bir yana dursun, bəs bir qarış boyu ola-ola heç ona yaraşar ki, mənə əl qaldırsın?! Məni söysün?! Hərcayı danışdığı üçün hövsələdən çıxdım.  Əlimin ucuynan ikicə şapalaq vurdum. O da yüngülvari. Sonra peşman oldum. Öz-özümə dedim ki, nahaq yerə ağzından süd iyi gələn uşağa baş qoşdum. Uşağa baş qoşanın elə özü   uşaqdır.Yaşlı   kişi kapitana tərəf döndü:

Nəçənnik, mən ki, bu sinnimdə o tifilə baş qoşmuşam, elə məni tənbeh eləsən haqqın var.

Yaşlı kişi qonşu otağa dəvət olundu. Onunla ayrıca sorğu-sual başlandı. Milis kapitanı stolunun arxasına keçib əlini alnına qoydu. Sonra başını qaldırıb ciddi görkəm aldı soruşdu:

Oğlunuz evdə, məktəbdə, qonum-qonşu arasında özünü necə aparır?

Narazılığım yoxdur, yoldaş kapitan! –dedim.

Kimlərlə oturub-durur? Bir valideyn kimi maraqlanırsınızmı?

Heç kimnən, yoldaş kapitan! Hərdənbir xalasıgildə qalır. Bir sinifdə oxuduğu xalası qızı ilə dərsə hazırlaşır. Vicdan haqqı, bu təsadüfi haldır. Birinci dəfədir ki, oğlum belə qanacaqsızlıq edib.

Tamerlan yerindən qımıldanaraq:

Mən qanacaqsızlıq eləməmişəm, nəçənnik,-dedi, – Naftalan alırdım.

Milis kapitanı güldü. Başımı aşağı dikdim. Öz-özümə:

Zəhrimara qalsın bu Naftalanı, – fikirləşdim. Dayım da xəstələnməyə vaxt tapdı. Gərək elə beli ağrıyaydı? Ayrı bir xəstəlik tapsaydı, dərmana gəlib...”

Milis kapitanı Tamerlanın qarşısına kağız qoyub, əlinə qələm verdi:

Yaz! – dedi. – Yaz ki, mən Quliyev Tamerlan Mədət oğlu həmin iltizamı verirəm rayon daxili işlər şöbəsinə, ondan ötrü ki, bir daha bu cür qələt etməyəcəyəm. – Kapitan gülərək sözünə düzəliş verdi, – Qələt sözu yazma, yaz ki, bir daha bu cür hərəkət etməyəcəyəm...

Tamerlan başını qaldırıb məzlum-məzlum milis kapitanının üzünə baxdı:

Nəçənnik əmi, – dedi, – innən sonra Naftalan da axtarmayım?! Axı atam tapa bilmir! Bu gün səhərdən axşamacan gəzib.

Gülüşdük. Milis kapitanı qaşqabağını salladı yenə Tamerlana rəsmi qaydada:

Yaz! –dedi. –Boş-boş danışma. Altından imza et.

Milis kapitanı iltizamın altından mənə imza etdirdi...

Milis idarəsindən çıxıb bir xeyli getdik. Hər ikimiz susmuşduq. Tamerlan məndən bir söz soruşurdu, ki mən Tamerlandan. İncikli kimi bir-birimizlə danışmırdıq. Tamerlan qolumdan yapışıb altdan yuxarı mənə baxaraq soruşdu:

Ata, ikimiz iltizam verdik ki, daha Naftalan lazım deyil? İnnən sonra Naftalan axtarmağa ixtiyarımız yoxdur?! Axı dayının beli ağrıyır! Onda anam yenə dalaşacaq, hirslənəcək!

Tamerlan bunu deyib məndən cavab gözləyirdi. Onun sözünə məhəl qoymadım. Tamerlan nəmli gözlərini məndən çəkmirdi. Yola yox, qırımımı bilmək üçün üzümə baxdığına görə ayağı ilişdi. Az qala təpəsi üstə yıxılacaqdı. Tez qolundan yapışdım. Tamerlan pərt oldu. O, daha dillənmirdi. Ancaq yola baxırdı. Görünür, sadəlövh uşaqlıq aləminə dalıb dayımın qarasına daxilən deyinirdi: “Atamın dayısı da özünə xəstəlik tapdı?! Özü necə xəstəlik?! Heç yerdə dərmanı yoxdur. Bir şüşə Naftalan qəhət olub. Ağıllı adam gərək elə dərdə düçar olsun ki, dərmanı da tapılsın. Atamın dayısı yaxşı-yaxşı fikirləşməyib. Yəqin tələsib. olsun yaşlıdı?! Müəllimimiz bir dəfə deyirdi ki, ağıl yaşda yox, başdadır. Atamın dayısının beli yox, dişi ağrısaydı, indi çoxdan çarə tapılmışdı. Həkim onun ağrıyan dişini kəlbətinlə kökündən çıxardıb atardı. Qolu çıxsaydı, sınıqçının yanına aparardıq. Bir göz qırpımında sümüklərini yerbəyer edib, bərk-bərk sarıyardı. Bununla da qurtarıb gedərdi. Bir aydan sonra qolu sappa-sağ olardı. Kəndə gedib əlinə dəhrə-balta alardı, odun da doğrayardı. Bel götürüb bağ-bağçamızı da suvarardı. Hələ desən, tez-tez bostanımızın çəpərini basıb kələm, pomidorumuzu yeyən sırtıq danamıza bir dəyənək ilişdirərdi. Lap başı da yarılsaydı, çarə tapılardı. Həkimlər dərman vurub qanını kəsərdilər. Sonra da pambıq qoyub, ağappaq cuna ilə sarıyardılar. Boğaz ağrısının da çarəsi var. Qrip tutsaydı, bir belə əziyyəti çəkməzdik. Üç-dörd gün asqırardı. Asqıra-asqıra da sağalardı. Qoy burnundan da qədər istəyir su gəlsin, qrip sağalan kimi burnunun suyu axmazdı. Atamın dayısı bir belə xəstəlikləri qoyub gedib özünə bel ağrısı tapıb. Onun dərmanı harda var?! Heç yerdə. Atam lap təngə gəlib! Bir şüşə Naftalandan ötrü gəzmədiyi yer qalmayıb. Axırda da evimizə qalmaqal düşdü. Anam hirsindən qab-qacağımızı vurub qırdı. Atam hirsləndi. İndi evə getmək istəmir. Mən çoxlu adam görmüşəm ki, qıçının biri yoxdur, amma qoltuğuna ağacdan dayaq vurub hoppana-hoppana elə yeriyir ki, çatmaq olmur. Yoxsa  bel ağrısı?! Qoymur atamın dayısı yerindən tərpənsin. O tərəf-bu tərəfə dönəndə sızıldayıb ufuldayır. Adamın yazığı gəlir. Buna biz ki günahkar deyilik. Öz cəzasıdır, qoy çəksin. Ona kim deyirdi ki, bel ağrısı tapsın. Başına xəstəlik qəhət idi?! Gərək hər adam öz dərdini çəksin. Amma atamın dayısı elə dərd tapıb ki...”

(Ardı var)

 





31.03.2014    çap et  çap et