525.Az

Türkiyədə 80-ə yaxın vilayətdə bələdiyyə sədrləri müəyyənləşib


 

Türkiyədə 80-ə yaxın vilayətdə bələdiyyə sədrləri müəyyənləşib<b style="color:red"></b> Türkiyədə keçirilən bələdiyyə seçkilərində 80-ə yaxın vilayətdə bələdiyyə sədrləri müəyyənləşib.

Trend Türkiyənin Anadolu agentliyinə istinadən xəbər verir ki, qeyri-rəsmi nəticələrə görə, 78 vilayətdə bələdiyyə sədrləri müəyyən olunub.

49 vilayətdə hakim Ədalət və İnkişaf partiyasının (AKP), 12 vilayətdə Cümhuriyyət Xalq Partiyasının (CHP), 9 vilayətdə Sülh və Demokratiya Partiyasının (BDP), 7 vilayətdə isə Milliyyətçi Hərəkat Partiyasının (MHP) namzidələri qalib gəlib.

Müstəqil namizədin qələbə qazandığı yeganə vilayət Mardin olub.

Antalya, Adana, Ağrı, Hatay və Eskişehirdə səslərin sayılmasının davam etdirildiyi bildirilir.
 





31.03.2014    çap et  çap et