525.Az

Con F.Kennedi: Mərdliyin profilləri


 

İngiliscədən Telman Orucov tərcümə edib

Con F.Kennedi: Mərdliyin profilləri<b style="color:red"></b>

(Əvvəli 20 mart sayımızda)

 

 

Cənubi Karolinaquldarlıq institutuna Cənubun hüquqlarına qarşı hücumlaraetiraz etmək üçün Cənubluların qurultayına nümayəndələr yollamaq barədə Texasa dəvət göndərdi. Hyuston Qanunvericilik ilə əlaqəni ədəb məsələsinə çevirdi, lakin ustalıqla yazılmış sənəddə xəbərdar etdi ki, “Birlik əbədi olmaq niyyətini güdür”. Ağıllı siyasi manevrlərlə o, Cənubi Karolinanın dəvətinin qəbul edilməsinin qarşısını aldı, bu da Corciyadan olan Senator tərəfindən onunqalxıb öz ölkəsini çalbaş iblisdən qoruyan Texas Brutu” (Brut b.e.ə. 44- ildə Romada respublikanı Sezarın diktatorluğundan qorumaq üçün onun qətli ilə nəticələnən sui-qəsddə iştirak etmişditərcüməçi) adlandırmasına səbəb olmuşdu. 1860- ildə qızışdırılan prezident seçkisi kampaniyası ərzində bölünmə xeyrinə olan hisslərin böyüməsi xeyli artdı. Qubernator Hyuston əgər seçilsəydi, yalnız öz səbirsiz seçicilərindən gözləməyi mister Linkolnun münasibətinin necə olacağına baxmağı yalvarardı. Lakin fakt belə idi ki, Respublikaçıların qurultayında xahiş etdiyi səslərdən az hissəsini aldı, Linkolnun hərəkəti onun düşmənlərini daha ciddi motivlərlə silahlanmağa gətirib çıxardı. Avqust ayında Hendersonun şəhəri sirrli qaydada yananda, Qubernator linç məhkəmələrinin (Ku-kluks-klançıların həyata keçirdiyi iyrənc linçləmə əməliyyatıtərcüməçi), linç edənlərin təşkilatı olansayıq komitələrin hirs hissləri dalğasının qarşısını almaq üçün heç edə bilmirdi. Ondan sonra Zənci üsyanları yanğınlar şayiələri gəldi. Ueykoda Hyustonun ayrılmanı pisləyən çıxışına mehmanxananın arxasındakı barıt çəlləyinin partladılması ilə cavab verildi, bu mehmanxanada isə o, heç bir xətər toxunmadan yatmışdı. Özünün şəxsi siyasi təhlükəsinə məhəl qoymadan o, sentyabrda xəstə yatağından qalxıb özünün son müraciətini etdi:

Mən sektsionizmi sektsionalizm tərəfindən deyil, millətçilik tərəfindən məğlub edilməsini xahiş edirəm... Mənim heç bir yeni hissim yoxdur. Mən onları 1856- ildə amerikan Senatında tələffüz etmişəm. İndi onları ifadə edirəm. Mən o vaxt satqın kimi məhkum edilmişdim. Mən indi məhkum edilmişəm. Yenə belə olacaqdır! Heç vaxt ehtiyaca, zəhmətə, təhlükəyə dözməyən adamlar məni öz ölkəmə görə xain adlandırırlar, çünki mən Konstitusiyaya seçilmiş hakimiyyətlərə tabe olmağa hazıram. Mənim bu Birlik üçün etdiklərimə görə qoy onlar əzab çəksinlər onlar hiss edəcəklər ki, bu, həyat saplarının ürəyimiz ətrafında belə yaxın sarınmaqla birləşməsinə bənzəyəcəkdir, onlardan imtina etməkmi... Məni xain adlandıran adam kimdir? Onlar milli bayraq altında addımlayır onu müdafiə etməyə hazırdırlarmı? Bu mənim bayrağımdır!... belə uzun vaxt ərzində dalğalar iftixarla mənim üzərimə gəlir, hətta o tufanlı səhnənin arasında dalğalansa da, o adamlar deyil, mən yaddan çıxara bilərəmmi ki, məni satqın adlandırmışdılar”.

Abraham Linkoln Prezident seçildi tezliklə bütün Texasda Zolaqlı Ulduzlu bayraq (ABŞ-ın dövlət bayrağıtərcüməçi) şadlıq döyüş gözləmə atmosferində qaldırıldıHyustonun TexasaBirlikdə Birlik naminəöz hüquqları uğrunda vuruşmaq barədə yalvarışı kar qulaqlara çatdı. “Köləlik hissimətbuatı başına götürmüşdü; Qubernator Hyuston Ayrılma Qurultayı çağrılanda kənara çəkildi.

Sem Hyuston hökumətin idarə edilməsini saxlamaq üçün ümidsiz şəkildə mübarizə aparanda, Ştat Qanunvericiliyinin xüsusi sessiyasını çağırdı, Şimalın Cənubun hər ikisinin ekstremistlərini pislədi təkid etdi ki, o, “hələ ümidini itirməmişdir ki, bizim hüquqlarımız Birlikdə müdafiə edilə bilər”. Əgər bu olmasa, o, Cənub düşərgəsinə birləşməkdənsə, onun üçün müstəqillik daha məqsədə uyğundur.

Lakin Ayrılma Qurultayının liderləri Qanunvericilik tərəfindən tanındı, Birliyin Texasdakı komandanının fərariliyindən kömək aldı, bu, dayanmamalı idi onların ayrılmaya ümidsiz hücumu Qubernatorun yalnız sürpriz şəklində görünməsi ilə ani narahatlıq yaratdı, onlar Qubernatora nifrət edir, lakin ondan qorxurdular. Ayrılma Ordinansının (dekretinintərcüməçi) qəbul ediləcəyi gün Sem Hyuston platformada sakit oturub, zalda qalan onun yanında Birliyin az sayda dostlarının təzələnən mərdliyini müşahidə edirdi. Tarixçi Uartin deyirdi: “Kimlər ki, onun San Xasinto təpəsindəki gözəl borcu haqqında danışırdı, mən deyərdim ki, Ostindəki (Texas ştatının inzibati mərkəzitərcüməçi) Ayrılma Qurultayında ilişib qaldığı bir vaxtdakı onun igidliyi min dəfə artıq idi təkcə onlara tabe olmurdu onlardan qorxmurdu”. Hyustonun qəribə iştirakından cuşə gələn Ceyms Y.Trokmorton ayrılmanın əleyhinə olan yeddi səsdən birini verdi, o, bərkdən acı şəkildə fısıldadı, yerindən qalxıb yadda qalan şəkildə dedi: “Qaraguruh fısıldayanda, vətənpərvərlərin titrəməsi yaxşıdır”.

Dekret qəbul olunandan bir ay sonrakı dövrdə bəyənilmək üçün xalqın səsverməsinə göndərildi. Vuruşan eks-Senator bir adamın kampaniyasında kötükdən yapışdı ki, Texası Birlikdə saxlasın. Eybəcər kütlələr, daşlar məhkum olunma onu ştatın bütün ərazisində satqın kimi qarşılayırdı. Ueykoda onun həyatı təhlükədə idi. Beltonda bir silahlı başkəsən quldur qəflətən qalxıb ona tərəf yaxınlaşmağa başladı. Lakin cəsur qoca Sem Hyuston onun gözünə düz baxaraq hər əlini tapançalarının üstünə qoydu: “Xanımlar cənablar; öz yerinizi tutun. Bu xırda quşun öz yuvasında şirə qıy vurmasından başqa bir şey deyildir”. O, ştatda heç bir xətər toxunmadan, xarakter dəbdə ilişib qalmışdı, öz düşmənlərini özünün güclü sarkazmı ilə yerə sərirdi. Ayrılanların lideri barədə öz vicdanlı rəyini ifadə etmək xahiş ediləndə, Hyuston belə cavab verdi: “O, itin, sədaqətdən başqa bütün xasiyyətlərinə malikdir”. Bu vaxt yetmiş yaşlı, lakin təəssürat yaradan şəkildə boylu-buxunlu fiqurası, nüfuz edən gözləri sıx saçları ilə qoca Sem Qalvestonda istehza edən eybəcər camaat qarşısında öz səfərini yekunlaşdırdı: “Sizin bəziləriniz ayrılmanın nəticəsi kimi qan axıdılması ideyasını ələ salmaq üçün gülürsünüz” – deyə o, qışqırdı; “Lakin qoy mən sizə deyim ki, olacaqdır. Siz xəzinənin saysız-hesabsız milyonlarını yüz minlərlə qiymətli həyatı qurban verəndən sonra, çılpaq imkan kimi, əgər Allah sizin əleyhinizə olmasa, Cənubun müstəqilliyi üçün qalib gələcəksiniz. Lakin mən buna şübhə edirəm. Şimal Birliyi saxlamağa qərarlıdır”.

Onun peyğəmbərliyi nəzərə alınmadı. 23 fevralda Texas səs çoxluğu ilə ayrılmanın lehinə səs verdi martın 4-, Hyustonun ad günü yubileyində Texasın müstəqilliyi günündə Ostində yenidən xüsusi qurultay yığışdı Texasın Birlikdən ayrıldığını elan etdi. Qubernator Hyuston həmin vaxtadək ümidsiz qaydada təşəbbüsü ələ keçirməyə cəhd edəndə, müəyyən etdi ki, öz planlarını Qanunvericiliyə bir məsələ kimi verə biləcəkdir. Onun təkidinə, qanuni hakimiyyətinin sona çatması adı altında hirslənməklə, qurultay 2 səsə qarşı 109 səslə zəfər çalan Texası Cənub Konfederasiyasının bir hissəsi olmasını elan etdi belə qərar verdi ki, bütün ştat qulluqçuları on dörd martda sədaqət barədə eyni and içməlidirlər. Qubernatorun katibi sadəcə bildirdi ki, Qubernator Hyustonqurultayın mövcudluğundan hali deyildir onun hərəkətini, əl-qolunu bağlamaq cəhdi kimi qiymətləndirməyəcəkdir”.

Martın 14- öz gözləri ilə şahid olan yazırdı ki, qurultay zalıqəzəb işığı verməklə, adamların titrəyən ehtirası ilə qisascıl döyüşü əvvəlcədən görməklə alışıb yanırdı. Hava qışqırıq səslərinin çoxluğundan titrəyirdibunlar hirs, zəfər, nifrətamiz səslər idi. Nadir and sözləri ya nifrət epiteti ilə dolu idilakin Sem Hyustonun səsi eşidilmədi”.

Təyin olunmuş saatda qurultay məmuruna göstəriş verildi ki, ştat qulluqçularının siyahısını oxusun. Geniş auditoriyada sakitlik yarandı hər bir göz qayğılı şəkildə qoca qəhrəmanı görmək istəyirdi.

Sem Hyuston!” Heç bir cavab verilmədi.

Sem Hyuston! Sem Hyuston!” Qarışıq danışıq nifrətamiz səslər yenidən eşidildi. Amerika Ştatları Konfederatının Texas Qubernatorunun vəzifəsi boş elan edildi; Qubernatorun köməkçisiəhəmiyyətsiz bir məxluq, nifrətə layiq, zirək sırtıqbir adam olan Eduard Klark and içmək üçün addımladı. (Yaxın şəxsi siyasi dostu Hyustonun bileti ilə seçilən Klark sonralar icraedici ofisə girib ştatın arxivlərini tələb etdi, yalnız ona görə ki, öz keçmiş himayəçisinin sükanını tədricən öz kürsüsündə ələ keçirsin, onunla üz-üzə gələndə isə çox nifrətamiz bir sual versin: “ sizin adınız nədir, ser?”)

Kapitolinin digər hissəsində San Xasinto qəhrəmanı öz ömründə siyasi taleyini, şöhrətini öz xalqının ona həsr olunmuş Qubernator kimi, parçalanmış bir ürəklə öz axırıncı mesajını yazdı:

Yoldaş vətəndaşlar! Sizin hüquqlarınız azadlığınız naminə, bilirəm ki, onları tapdalayacaqlar, mən bu andı içməkdən imtina edirəm... (Lakin) Mən Texası o qədər çox sevirəm, ancaq indi vətəndaş mübarizəsi qan tökülməsi onun üstünə gəlir. Mən bu ştatın Baş icraçısı kimi öz funksiyamı dinc yerinə yetirmək istisna olmaqla, hakimiyyəti saxlamağa heç bir cəhd göstərmirəm, artıq bunu edə bilmirəmsə, mən sakitcə səhnədən geri çəkiləcəyəm... Mən... vurulmuşam, çünki mən uğrunda vuruşduğum prinsiplər naminə güzəştə getməyəcəyəm... Ən kəskin ağrı isə Texas ştatının adının üstünə gələn zərbədir”.

Üçüncü hissə: Zaman yer 

Şimalla Cənub arasında çox baha başa gələn hərbi mübarizə siyasi cəbhədə sülhü birliyi bərpa edə bilmədi. Appomattoks (Konfederatın 1965-ci ilin aprelində tam təslim olduğunu elan etdiyi şəhərtərcüməçi) qardaşın qardaşa güllə atmasına son qoydu; lakin bu siyasi müdaxilələrə, iqtisadi soyğunçuluğa, bölmələr arasındakı nifrətə bölünmüş torpağın işgəncəsinə hələ son qoymadı. Meyson-Dikson xəttinin hər iki tərəfində acı düşmənçilik, Deniel Uebsteri, Tomas Hart Bentonu sıradan çıxarmaqla, müharibədən sonrakı ildə on illik ərzində azalmayan qaydada davam edirdi. Şimalda millətin yaralarını sarımağa Cənuba rəhmli düzgün qaydada münasibət göstərməyə çalışanlarPrezident Endryü Conson impiçmentdə onu müdafiə etməyə qalxan Senatorlar, özlərinin guya vətənpərvərliyə malik olmamaları ucbatındanqanlı köynəyibaşlarının üstündə yelləndirənlər tərəfindən biabırçılıq dirəyinə məhkum edilirdilər. Cənubda öz regionlarının fanatik sekstsionalizminin unudulduğunu millətə nümayiş etdirmək istəyənlərMissisipidən olan Lutsius Kvintus Tsintsinnatus Lamar kimi adamlaröz seçiciləri tərəfindən qalib düşmənin yanına qaçanlar kimi hücuma məruz qalırdılar. Konfederat generalı Bob Tumbsdan soruşulanda ki, niyə Konqressə özünün bağışlanması barədə xahişlə müraciət etmədi, Tumbs tam əzəmətlə cavab vermişdi: “Nəyə görə bağışlanmaq? Mən hələ Şimalı bağışlamamışam”.

Lakin tədricən emansipasiya (azad olmatərcüməçi) yenidən qurulma üstündə başlanan köhnə konfliktlər solurdu yeni açılan Qərbin alçaldılan Cənubun tədqiq edilməsi Senat qarşısına yeni məsələlər yeni sifətlər gətirirdi. O artıq bizim böyük Konstitusiya hüquqşünasları forumu deyildi, Amerikan ictimai həyatında Konstitusiya məsələləri artıq aparıcı mövqe tutmurdu. Asan qazanılan pul, qəflətən taleyin gətirməsi, artan qüdrətli siyasi maşınlar hay-küylü korrupsiya millətin əksəriyyətini dəyişdirmişdi; Senat dəbli görünən demokratik qanunverici orqan kimi nizamlı qaydada milləti təmsil edirdi. Korporasiya vəkilləri siyasi bosslar, konstitusional natiq olmayanlar bu haray çəkən eranın sözçüləri idilər; baxmayaraq ki, millətin çox böyük sayda istedadlı adamları dünyada yüksək maliyyə sənaye üçün daha hazırlıqlı, yararlı olmaqla, səfeh nəzərə çarpmayan kimi görünən hökumət işçilərinə nisbətən şöhrət tale tapmışdılar. (Əgər Deniel Uebster bu erada yaşasaydı, bir naşir belə şərh vermişdi ki, o, “ borc içində, Senatda olardı”). On bir yeni ştat Qərb inkişaf etdikcə tezliklə Birliyə əlavə olundu; iyirmi iki yeni Senator nəhəng yeni zal köhnədən fərqli olan atmosferdən kiçilmişdi. Sektsionalizm, qarşılıqlı xidmət göstərənlər çox sayda fanatikliyə yaxın hərəkatlaronlardansərbəst gümüşhərəkatı Lamarla sözləşmişdi, bu, yalnız başlanğıc idiSenatın müzakirələrini daxili iqtisadi məsələlər bəlasına salmışdı. “Biz yerli kartof sahələrinin kələm torpaqlarının sadəcə kolleksiyasına çevrilirik” – deyə bir Senator gileylənirdi, onlar yerli himayəçilik, çayların, limanların tarifin himayə etdiyi sənayelərin üstündə dalaşmaqdan  yorulmuşdular.

(Ardı var)

 





31.03.2014    çap et  çap et