525.Az

Rezidentura imtahanı ilə bağlı Apelyasiya komissiyası yaradıldı


 

Rezidentura imtahanı ilə bağlı Apelyasiya komissiyası yaradıldı<b style="color:red"></b> Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsində iştirak edən namizədlərə müraciət edib.
 
TQDK-nın mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, martın 30-da keçirilən 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədi ilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsinin nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya komissiyası yaradılıb. Apelyasiya komissiyası 2014-cü il martın 31-dən aprelin 2-dək hər gün saat 10-dan 17-dək TQDK-nın binasında fəaliyyət göstərəcək.
 





31.03.2014    çap et  çap et