525.Az

Monteneqro ilə Azərbaycan arasında əlaqələr möhkəmlənir


 

Monteneqro ilə Azərbaycan arasında əlaqələr möhkəmlənir<b style="color:red"></b>

Son bir neçə ildə Azərbaycan KİV-ndə keçmiş Yuqoslaviyanın bir parçası olan Monteneqro haqqında  daha çox məlumat yayımlanır.
 
Adriatik dənizinin sahillərində yerləşən bu kiçik ölkə bura hətta bir günlük belə gələn qonaqları valeh edir. Monteneqronun turizm sənayesi özünəməxsus dinamika ilə inkışaf edir və dünyanın 10 ən inkişaf etmiş istiqamətinə daxil edilib.

2013-cü ildə Azərbaycan və Monteneqro əlaqələri tarixində ilk dəfə olaraq Bakıdan Podqoriçaya çarter turizm səfərləri təşkil olunub. Azərbaycan vətəndaşları üçün vizasız gediş gəlişin tətbiq olunması iki ölkə arasında əlaqələrin yüksək olmasından xəbər verir. Bu əlaqələr ildən ilə artan xəttlə inkişaf mərhələsindədir.

Məlum olduğu kimi martın 4-də Azərbaycan Respublikası nümayəndə heyətinin İqdisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərliyi altında Monteneqroya rəsmi səfəri olub. 

Martın 5-də Monteneqronun paytaxtı Podqoritsa şəhərində Azərbaycan Respublikası hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclası keçirilib. İclasda Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev öz nümayəndə heyəti ilə və Monteneqronun İqtisadiyyat naziri Vladimir Kavaricin rəhbərliyi altında Monteneqro dövlət nümayəndə heyətlərinin görüşləri olub. Monteneqronun Azərbaycan Respublikasındakı Fəxri Konsulu Vüqar Əliyev heyətlərlə birgə müvafiq tədbirlərdə iştirak edib.

İclasda Azərbaycan və Monteneqro arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev və Monteneqronun İqtisadiyyat naziri Vladimir Kavariç imzalayıb. Sənəddə müqavilə-hüquqi bazanın genişləndirilməsi, sənaye, energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, ətraf mühitin mühafizəsi, təhsil, rabitə, bankçılıq və s. sahələrdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.

Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Monteneqro İqtisadiyyat Palatasının təşkilatçılığı ilə Monteneqro-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə qida sənayesi, kənd təsərrüfatı, tikinti, energetika, turizm, İKT və s. sahələrdə 30-a yaxın Azərbaycan şirkəti, ümumilikdə hər iki tərəfdən 100-ə yaxın iş adamı iştirak edib.
Monteneqro İqtisadiyyat Palatasının nümayəndəsi ölkəsinin iqtisadi potensialı və investisiya mühitinə, AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanlarına, Monteneqronun bir sıra şirkətlərinin nümayəndələri isə təmsil etdikləri şirkətlər barədə təqdimatlarla çıxış ediblər.
Sonra Monteneqro İqtisadiyyat Palatası və Monteneqronun İnvestisiyaların Təşviqi Agentliyi (MİPA) ilə AZPROMO arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə yekunlaşıb.

Səfər çərçivəsində İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Monteneqronun Prezidenti Filip Vuyanoviç tərəfindən qəbul edilib. Azərbaycan nümayəndə heyəti Monteneqronun Baş naziri Milo Cukanoviç, Monteneqro Parlamentinin sədri Ranko Krivokapiç, İqtisadiyyat naziri Vladimir Kavariç, Maliyyə naziri Radoye Juqiçlə də görüşüb. Görüşlərdə Azərbaycan və Monteneqro arasındakı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Səfər zamanı İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Kumbor şəhərində Monteneqronun Baş naziri Milo Cukanoviç ilə birlikdə "Portonovi" turizm layihəsinin icrasına başlanması mərasimində iştirak edib.
Hemin gün axşam Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik nümayəndəliyi tərəfindən, Azərbaycandan gələn heyətə və Monteneqro tərəfinden bir çox dövlət rəsmilərinin iştirakı ilə axşam ziyafəti verilib.

Azərbaycan nümayəndə heyəti həmçinin, "Kral Parkı"nda görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin büstünü ziyarət edərək çiçək dəstələri düzüblər.

Son illər  Azərbaycan şirkətləri Monteneqronun iqtisadi, mədəni, turizm həyatında çox önəmli bir mövqe tutmaqdadır. Ölkələr arasında mal dövriyyəsi ilbə il artır. Azərbaycan sahibkarları bü olkənin biznes həyatında önəmli yatırımlar həyata keçirir.

Keçən il Monteneqro dövlətinin Azərbaycan Respublikasında Fəxri Konsulluğunun təntənəli açılışı oldu. Hər keçən gün Konsulluq iki ölkə arasında olan münasibətlərin inkişafına öz töhvəsini verməkdədir.  Buna bariz örnəklərdən biri , ilk dəfə olaraq, məhz Azərbaycanda Monteneqro yatırımçılarının şirkət açmaq imkanına nail olmalarıdır. Yeni yaradılan Herceg Novina “CAPİTA” LTD şirkətinin əsas fəaliyyət istiqaməti daşınmaz əmlak, konsaltinq və investisiya layihələrinin həyata keçirilməsindən ibarətdir.

"CAPITA " LTD, şirkətinin təsisçisi olan cənab  Nenad Vitomirovicin ciddi və əzmkar səyləri ilə araya ərsəyə gələn bu şirkət Azərbaycanda qeyri-neft sektorunun inkişafını çox yüksək qiymətləndirir və Azərbaycanın parlaq gələcəyinə inandığını bidirir. Məqsədi iki ölkə arasında iqtisadi  əlaqələrində öncül mövqelərdən birini tutmaqdır. Məqsədi iki ölkə arasında biznes imkanlarını araşdırmaq, idxal-ixrac əməliyyatlarını müvəffəqiyyətlə həyata keçirəcək şirkətlərə dəstək vermək, bir sıra konsaltinq xidmətləri həyata keçirməkdən ibarətdir. Məlumat üçün onu da qeyd edək ki,  "CAPITA " LTD Avropada tanınmış nüfuzlu şirkətlərdən biridir. Azərbaycan da bu şirkətin təmsilçiliyinin açılması fərəhli haldır.

Eyni zamanda  Fəxri konsulluğun dəstəyi ilə Azərbaycan və Monteneqro Turizm şirkətləri arasında növbəti çarter reyslərinin həyata keşirilməsi planlaşdırılır. Uçuşları Azərbaycan Hava Yolları həyata keçirəcəkdir. Uçuşlar 26 iyun 2014-cü ildən etibarən həftədə bir dəfə reallaşdırılacaq.

 





31.03.2014    çap et  çap et