525.Az

Müsavat Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib


 

Müsavat Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib<b style="color:red"></b>

Müsavat Partiyası qurultayla bağlı müraciətinin cavabsız qaldığı üçün Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verib.

Bu barədə APA-ya məlumat verən Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib ki, partiya fevralın 11-də qurultaya yer ayrılması ilə əlaqədar BŞİH-ə müraciət edib və qaydaya uyğun olaraq, müraciətə 15 gün ərzində cavab verilməlidir. Lakin müraciət hələ də cavabsız qaldığından partiya qurumu məhkəməyə vermək qərarına gəlib: “Sənədlər bu gün  1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim edilib və qəbul olunub”.
 
Xatırladaq ki, qurultayın mayın 24-də keçirilməsi planlaşdırılır.

 





31.03.2014    çap et  çap et