525.Az

Jurnalistlər pulsuz müayinə olunacaq


 

Jurnalistlər pulsuz müayinə olunacaq<b style="color:red"></b> Jurnalist Qadınlar Assosiasiyası (JQA) və “Xətai” klinikasının birgə layihəsi çərçivəsində Türkiyədən dəvət olunmuş həkimlər jurnalistləri pulsuz müayinə edəcəklər. Bu haqda bu gün keçirdikləri mətbuat konfransında layihə rəhbərləri məlumat verib.

JQA sədri Sevil Yusifovanın sözlərinə görə, Bursadan dəvət olunan həkim Mətin Yurdakoş onurğa əyrilikləri və yırtıqları, oynaqlardakı ağrıları, eləcə də sümük problemləri olan jurnalistlərə xidmət edəcək. Ginekoloq Serbülent  Orhaner isə ginekiloji problemlər, sonsuzluq və süni mayalanma və qadınlarda xərçəng xəstəliyinin müalicəsi sahəsindəki sualları cavablandıracaq.

S.Yusifova artıq üçüncü dəfədir belə bir tədbir həyata keçirdikləri deyib. Onun sözlərinə görə, əvvəlki müayinələrdə 3200 nəfər jurnalist iştirak edib.

Dayaq-hərəkət sisteminin  xəstəlikləri ilə məşğul olduğunu deyən həkim M.Yurdakoş  texnologiya inkişaf etdikcə insanların daha çox oturaq həyar tərzi keçirdiyini qeyd edib. Ona görə də hazırda bir çox xəstəliklər cavanlaşıb. M.Yurdakoşun fikrincə, hərəkətin pozulması onurğa və dayaq sisteminin digər hissələrində ciddi fəsadlar törədir.

Qeyd edək ki, həkimlər aprelin 1 və 2-də jurnalistləri “Xətai” klinikasında qəbul edəcəklər. Bundan əvvəl isə sabah Beynəlxalq Mətbuat Mərkəzində “Qadın sağlamlığı. Reabilitasiya” mövzusunda keçiriləcək konfransda iştirak edəcəklər.

Səfər çərçivəsində həkimlər, həmçinin, fiziki qüsurlu uşaqların yaşadığı internat evlərinə baş çəkərək onların müayinə və müalicəsi ilə məşğul olmağı planlaşdırırlar.
 





31.03.2014    çap et  çap et