525.Az

1918-ci ildə ermənilər Lənkəranda da qırğın törədiblər (Video)


 

1918-ci ildə ermənilər Lənkəranda da qırğın törədiblər <b style="color:red">(Video)</b>

1918-ci il mart ayının 28-dən 31-dək Lənkəran qəzasında erməni daşnakları tərəfindən 40-dan çox kənd yandırılıb, iki mindən çox dinc sakin qətlə yetirilib. Qırğını dayandırmaq məqsədilə danışığa gedən Sutəmurdov kəndinin ağsaqqallarına tutulan divan daha dəhşətli olub. Onların hamısı vəhşicəsinə doğranılıb.

Sutəmurdov kəndini və ətraf əraziləri gözlənilən qırğından qorumaq məqsədilə kəndin 14 ağsaqqalı Denikinçi Şıvkonuvla danışığa göndərilib. Həmin danışığı pozmaq məqsədilə ermənilər tərəfindən naməlum şəraitdə atəş açılması sülh missiyasının qanlı sonluqla bitməsi ilə nəticələnib. Rus əsgərinin acığını yerli sakinlərdən çıxan Şıvkunov danışığa gələnləri qılıncla doğratdırmaq əmrini verir.

Cəsədlər doğranılaraq iki yeşiyə yığılır və dəniz kənarında Dəhnə deyilən ərazidə basdırılır. Həmin yeşikləri daşımış arabaçı Musa kişi isə bu qətliamın sirrini yalnız bir həftə sonra aça bilir.

Baş verən qanlı qırğından 96 il sonra da Lənkəranlılar soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edir. Faciə qurbanlarının xatirəsinə ucaldılan və bu günlərdə əsaslı şəkildə yenilənən xatirə kompleksinin minlərlə ziyarətçisi var.

Bu gün xatirə kompleksinin önünə düzülən qan rəngli çiçəklər də xalqın qan yaddaşından xəbər verir.



 





31.03.2014    çap et  çap et