525.Az

AFFA "Qəbələ"nin məşqçisi və futbolçusunu cəzalandırdı


 

AFFA "Qəbələ"nin məşqçisi və futbolçusunu cəzalandırdı<b style="color:red"></b>

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

525.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Topaz Premyer Liqanın son turunda baş verənlərlə bağlı müvafiq qərarlar qəbul edib.

XXII Topaz Premyer Liqasının XXVIII turunun “Sumqayıt” – AZAL matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 55-ci dəqiqəsində “Sumqayıt” klubunun məşqçisi Mehman Yunusov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimələnib.

XXII Topaz Premyer Liqasının XXVIII turunun “Neftçi” – “Xəzər Lənkəran” matçının 28 və 32-ci dəqiqələrində “Neftçi” klubunun azarkeşləri tərəfindən protexniki vasitələr istifadə edildiyi üçün kluba 1000 manat cəza kəsilib.

XXII Topaz Premyer Liqasının XXVIII turunun “Bakı” – “Simurq” matçının 45+1-ci dəqiqəsində “Bakı” klubunun 31 nömrəli futbolçusu Vüqar Mustafayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.

XXII Topaz Premyer Liqasının XXVIII turunun “Qarabağ” – “Qəbələ” matçının 78-ci dəqiqəsində “Qəbələ” klubunun 36 nömrəli futbolçusu Elnur Allahverdiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.

Oyunun 65-ci dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Andrey Syomin hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, kluba 5000 manat cərimə kəsilib.

 





01.04.2014    çap et  çap et