525.Az

Çanaqqalanı Çənlibelə, qələmini Misri qılınca çevirən şair


 

Çanaqqalanı Çənlibelə, qələmini Misri qılınca çevirən şair<b style="color:red"></b>

USTAD MƏMMƏD İSMAYILIN DOĞUM GÜNÜNƏ

 

Bu qədər geniş, anlaşılmaz, dəli-dolu dünyada zərurət yaranarsa, Yaradanın məsləhəti olarsa, iki əlçatmaz, ünyetməz qütbdə yaşayan insanlar belə rastlaşar, tanış olar. Lakin qismət deyilsə, hətta eyni küçədə qonşu olan iki nəfər ömür boyunca bir-birini tanımaya, görməyə bilər.

Zərurətdənmi bilmirəm, xoş təsadüfdənmi, bilmirəm, mənəqarlı-boranlı Rusiyada yaşayan bir şairə, Günəşli, odlu-alovlu Türkiyədə yaşayan, orada yazıb yaradan, amma səsi-ünü dünyanın hər yerinə yayılan Məmməd İsmayıl ilə görüşmək nəsib oldu.

Nağıllarda, dirilik suyu içib ölməzliyə qovuşanlar kimi, əsl şeir qaynağından su içmiş bu insan elə sağlığındaykən ədəbi ölməzlik qazanmışlardandır. onunla yoldaş, dost olmaq, onun həyatının bir parçasına çevrilməkbilavasitə canlı əfsanəylə qarşılaşmaq, sirli-sehrli aləmə toxunmaq deməkdir.

Yəqin ki, taleyimizdən narazı olan zamanlarda, yaşadıqlarımızın içərisində heç olmasa ən xoş, əz əziz olan bircə günü yada salıb şükürlər deməliyik. o günü bizə verən Allah, mütləq ki, bir daha təkrarlayacaqdır.Sadəcə ürəkdən bütün varlığımızla istəməmiz yetər.

...2012-ci il, fevral ayı. Bu aydan üç gün: Məmməd İsmayılın Moskvaya gəlişi, çıxışları gedişi... Bu gediş zamanı şəhər sanki boşalmışdı. Hər şey yenə bum-buz, adi söngün olmuşdu. “Bu nurani insanı bir daha yenə görə biləcəyəmmi?” – deyə düşünmüşdüm. yaxşı ki, qismətimdə onu təkrar-təkrar görmək, onun həmsöhbəti, silahdaşı olmaq, şeir şölənlərində çiyin-çiyinə çıxış etməklər varmış.

Uşaqlıqdan bu dünyanın adamı deyildim mən. Təbiətimdə qəribəliklər vardı: dalğınlıq, gözlərimin tez-tezyol çəkməsi”, saatlarla təkliyə qapılıb şeirlər yazmağım, bəzən kətilin üzərinə çıxıb ən çox sevdiyim müğənni Zeynəb Xanlarovanın Flora Kərimovanın repertuarlarından əzbərlədiyim mahnıları ifa edərəkkonsertverməyim...Təvazökarlıqdan uzaq da olsa, sanki xəmirim mahnıyla, sözlə yoğrulmuşdu. Əlbəttə ki, valideynlərim məndəki bu maraq meylləri görməyə bilməzdilər. Beləcə , 8 yaşım olanda məni musiqi məktəbinin fortepiano şöbəsinə eləcə , xor bölməsinə yazdırdılar.

...İllər keçirdi, mahnılarla böyüyürdüm. Öyrəndiyim, sevdiyim,gözəl müğənnimiz Flora Kərimovanın ifa etdiyiSəndən xəbərsiz”, “Nəyinə gərək”, “Yaman darıxmışam səninçün, ana!” s... kimi dillər əzbəri olan mahnıları sevə-sevə çalıb oxuduğum. O zaman mənə, bu mahnıların sözlərinin müəllifi ilə bir gün tanış olacağımı, onunla yanaşı addımlayacağımı desəydilər, təbii ki, inanmazdım. Çünki söz sənət dünyasımənimçün bambaşqa bir dünya idiqeyri-adi, əfsunlu...

Amma sən demə həyatda ola bilməyəcək heç yox imiş...

Məndən 30 il öncə dünyaya gəlməsinə baxmayaraq, eynilə mənim kimi düşünən, şeirin vurğunu sevgilisi olan bir insan da varmış dünyada.

Mən onsuz da bu dünyadan deyildim...

Öz-özümü aldatmağı bacardım!”

deyən, ədəbiyyatı, sənəti canından çox sevən, yaşamını, sakitliyini gələcəyini yalnız Sözə qurban verə biləcək bir insanMəmməd İsmayıl.

Gizli deyil ki, onun haqqında dəfələrlə yazmışam, amma hər dəfə deyiləcək yeni sözlərim var. Çünki bu insanın öz dünyasında, yüzlərlə sirri açılmamış, kəşf edilməmiş başqa dünyalar vardır. Çünki, bir insan, öz ətrafındakı yüzlərlə adamı xoşbəxt edə bilərmiş. qanı-qanından olmasa da, onun varlığı üçün hər gün yaradana şükür edərsənmiş.

Dediyi cümlələri, kəlmələri ardınca yazıb çatdırmaq olmur, hər biri bir atalar məsəli, bir aforizmdir onların. “Hər kəsin bir qayğısı var, mənim qayğımədəbiyyatdır ”, “Ədəbiyyatını göstər, sənin kim olduğunu deyim”, – deyir o. “Hər axan suya çay deməzlər!” – deyir. qədər haqlıdır!

Yazarların sayının sahildəki qum dənələrinin sayı qədər artdığı bu amansız dövrdə onun qələminin yeri bam-başqadır. Məmməd müəllim öz oxucularını heç vaxt intizarda qoymur. Elə təkcə bu il, onun MoskvadaVmesto pisma”, TürkiyədəUnuttuğun yerdeymadlı şeirlər kitabı nəşr olunub. Yeni bir romanı daha bir şeirlər toplusu da yaxın zamanlarda işıq üzü görəcək.

Məmməd İsmayıl şeirini sevməkgözəl zövq dərin düşüncə nişanəsidir. Paolo Koelyonun belə bir kəlamı yada düşür: Ürəyini ram edə bilən kəs, bütün dünyanı özünə tabe edə bilər”. Məmməd İsmayıl öz qəlbi ilə, ürəyi ilə tarazlığa gəlmiş, onu, sənətinə ruhuna tabe etmiş bir insandır. Bu üzdən , təkrarsız şairimizin oxucuları onun sənətinin heyranlarına çevrilmişlər.

Noyabrın 1- əziz şairimizin 73 yaşı tamam olur, o isə gəncliyində olduğu kimi gümrah ürəyi yaşamaq eşqi ilə doludur. Məmməd İsmayıl adına, dünyanın müxtəlif ölkələrindəki seir festivallarında, simpoziumlarda, sənət görüşlərində rast gəlirik. Qəzet jurnallarda yeni-yeni şeirlərini, məqalələrini, başqa xalqların dilinə tərcümə olunmuş yazılarını, kitablarını oxuyuruq. Mükafatlarına qazandığı uğurlara sevinirik. Bir sözlə, cəngavər kimi döyüşlərdən, yarışlardan gəlir səsi bu yenilməz məğlubolmaz şairin. Qoy elə hər zaman belə olsun!

Məmməd İsmayıl dörd övlad atasıdırgözəl, ağıllı, qürur duya biləcəyi qızları vardır onlarla həmişə fəxr edir. Onların üçü ataları kimi eləcə mənim kimi qürbətdədirlər. Məktublaşmalarımızın birində rəfiqəm olan böyük qızı Gülzar belə yazmışdı: “Əzizim Afaq! Atamdan nigaranam, yaşlanır, bizsə ondan çox-çox uzaqlardayıq. Bu məni yaman narahat edir. Gecələr telefonumu söndürmürəm. Bu yaşda hər zaman onun yanında olmaq, hər arzu-istəyini həyata keçirə bilmək istəyərdim..., aramızda isə bu qədər məsafə vardır”.“Əziz bacım! Məmməd müəllim hər birimizin atası, yaxını əzizidir. Qəlbində Vətən məhəbbəti daşıyan bütün türk övladları onun balasıdır. O heç vaxt tək deyil!” – demişdim mən . bu, doğrudan da belədir! Ona hər birimiz duaçıyıq. Telefon dəstəyindən onun mehriban səsinin həmişə gur şən gəlməsi üçün, bir-birindən gözəl şeirlər yazması üçün hər zaman bizimlə birgə olması üçün duaçıyıq. Harada olur olsun , Məmməd İsmayılın olduğu yerVətəndir, əzizdir, müqəddəsdir!

ÇanaqqalasıÇənlibeli, qələmiMisri qılıncı olan Ədəbiyyat Koroğlusuna, əziz dostuma, sirdaşıma, gözəl insana, təkrarsız şairə uzun ömür, can sağlığı, böyük sevgi bitib-tükənməyən ölməz misralar diləyirəm!

Bundan daha layiqli kəlmələri 100 illik yubileyində yazmağı həm ona, həm özümə arzu edir sözlərimi Məmməd müəllimə həsr etdiyim bir şeirlə bitirmək istəyirəm!

MƏMMƏD İSMAYILA

 

Ötüb neçə payız, keçib neçə yaz,

Unutmaq asanmış gözdən itəni...

Qəribdən savayı kimsə anlamaz

Necə özləmisən Ana Vətəni!

Məhəbbət payladın, qəmə qarışdın,

Duyğular içində duyğu payın var.

Getdin, qürbət ellə elə barışdın

Vətən həsəd çəkib səni arzular!

Səsini gətirsə bir qərib külək

Nigaran fikirlər durub dincələr.

Sözünün sehrindən titrəyər ürək,

Ruhlar o dünyadan qayıdıb gələr.

Bu qarı həsrətin ömrü minillik,

Qəhr olub qədər ümidlər sönüb.

Sənin olmadığın hər yerqəriblik!

Sənin olduğun yer Vətənə dönüb!

Zəmanə dəyişər, səbr elə hələ,

Qismət əl uzadar gözdən itənə.

Sellərcuşa gələr, insanlar dilə,

Dönərsən sevdiyin Ana Vətənə!

12.10.12.

Moskva.

 





18.10.2012    çap et  çap et