525.Az

Ermənistan Ordusu işğal etdiyi Azərbaycan ərazilərində son iki həftədə 4 hərbçisini itirib


 

Ermənistan Ordusu işğal etdiyi Azərbaycan ərazilərində son iki həftədə 4 hərbçisini itirib<b style="color:red"></b>

Azərbaycanın işğal altındakı ərazilərində son iki həftə ərzində 4 erməni hərbçi ölüb.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, erməni hərbçilərdən biri mina partlayışı, qalanları isə atəşkəsin pozulması nəticəsində öldürülüb.
 
Martın 19-da Qarabağda yerləşən hərbi hissələrdən birinin əsgəri, 20 yaşlı Arman Qukasyan, martın 24-də 22 yaşlı Qarnik Torosyan, martın 27-də isə 19 yaşlı Araik Babayan Azərbaycan hərbçilərinin sərrast atəşi ilə məhv edilib.
 
Martın 31-də isə Ermənistan ordusunun baş leytenantı Arutyun Safaryan qoşunların təmas xəttində minaya düşərək ölüb.

 





01.04.2014    çap et  çap et