525.Az

Məktub (hekayə)


 

Məktub <b style="color:red">(hekayə)</b>

Çox hörmətli Rəşad Məcid!

Redaktoru olduğunuz "525-ci qəzet"in polifonik fəaliyyəti sırasında gənc ədəbi istedadların üzə çıxarılması onların ilk yaradıcılıq nümunələrinə yer ayırması ənənəsi dayanır. BDU-nun sizin dərs dediyiniz Jurnalistika fakültəsində yazıçılığa meyl edən bu sahədə uğurlu nümunələr yaradan tələbələrimiz olur. Hazırda fakültəmizin III kursunda təhsil alan Müşfiq Şükürlü belə tələbələrdən biridir. Onun bir neçə hekayəsini oxumuşam. Bu hekayələrdə Müşfiqin istedadını gördüm. Müşfiq öz üslubu, bədii müşahidə bacarığı, bədii ifadə tərzi olan bir yazıçı kimi yaradıcılıq dünyasına ciddi vədlər verir. Onun " Məktub" hekayəsini sizə göndərirəm çox güman edirəm ki, gənc bir tələbənin ilk yaradıcılıq faktı kimi oxuculara maraqlı olacaqdır.  Mənim bu kiçik qeydlərimi bədii istedadını bəyəndiyim Müşfiq Şükürlüyə uğurlu yol kimi qəbul etməyiniz gümanındayam.

Cahangir Məmmədli
____________________________________________________

Müşfiq ŞÜKÜRLÜ

I 

T. o qədər yorulmuşdu ki, başının arxası, boynu, çiyinləri, kürəyi baldırları onu ağrıya bənzəməyən bir narahatçılıqla örtüklü döşəyin üzərinə atdı. Döşəkdən azacıq aralanıb qırmızı yastığı əlləri ilə nizamladı sağ tərəfə çevrilib uzanmağa çalışdı. Əvvəlcə əlini yastıqla qulağının arasına qoyacağı barədə qərar verə bilmədi. Sonra əli ilə qulağını bağlayanda səsin birtərəfli kəsildiyini görüb belə həm rahat, həm düşünmək üçün əlverişli olduğunu fikirləşdi. " Sabah həmin körpüyə yenə gedəcəm." Gözlərini yumdu körpüdən aşağı necə baxdığı xəyalına gəldi. Maşınların hərəkəti, yolun ortasındakı kəsik xətlər, ümumiyyətlə, aşağıda tunelə doğru axıb gedən həmin boşluq ona çəkici maraqlı göründü. İçində müəyyən qədər həyəcan varıydı, amma səsləri eşitmədiyindən beynində gördüklərinin daxilində olduqca, özünü hadisələrin kənarında hiss edirdi. Ardınca bayaqkı yorğunluğun sehirli havasında fikirlərinə xəyallarına şirin bir yuxu qarışdı. Xəbəri olmadı, yavaş- yavaş yatdı.

lll

Qapı döyüldü T. cəld yuxudan durdu. O, gözlərini açanda qapının ağzında gözəl bir qız gördü. Qız alçaq boylu, orta çəkili, on səkkiz yaşlarında, çox bilmiş bir gənc idi. Yığcam, zərif qaşlarının kənarındakı tüklər seyrək idi qaşları ilə gözləri arasında təmiz, qabarıq, gözə şirin gələn bir boşluq varıydı. Saçlarını arxaya yığıb başının üzərində balaca çıxıntı kimi dürmələmişdi. Açıq, aydın alnı geniş üzünü təravətli, sirli, müəyyən qədər içində səbirsiz uşaq dəcəlliyini gizlədən baxışlarını tamamlayırdı. Elə bil, bu dəqiqə edilməli olacaq hansısa maraqlı, gizli, təəccüblü təhlükəsiz bir onun baxışlarının arxasına çəkilib səhnənin kənarında təmkinlə gözləyirdi. Gözləri gülümsəyib işıldayır dodaqları öz gözəlliyini ya da gördüyü hansısa ləyaqətli işi hiss edən adamlarda olduğu kimi( ancaq özünə məxsus bir tərzdə) büzülüb oynayırdı. T.- baxmırdı içəri girdiyi üçün təşəkkür gözləyən bir füsunkarlıqla qayğı göstərməyə çalışırdı. Nəhayət ki, qəribə, sevindirici bir şıltaqlıqla gözləri axtarıb onu tapdı dilləndi:

- Bu gecə tez yatmısan. Yəqin, dünən çox olub.. Elə yorğun görsənmirsən amma. Sənə çay gətirmişəm.

Əlində çay- filan yox idi. T. çay axtarmaq məqsədilə yox, sadəcə, səbəbsiz yanına baxdı divanın kənarındakı masanın üzərində bir fincan, onun üzəri ilə ağır- ağır yuxarı qalxan isti buxarı gördü:

- Mən işləmirəm. Dünən çox veyllənmişəm.

Qız daha da mehriban gülümsədi dodaqlarını qədər sıxsa da büllur kimi parıldayan dişlərini gizlədə bilmədi; dişləri, qara gözləri parıldayıb ətrafı işıqlandırdı. T. dünənki yorğunluğun bədənindən sovuşub getdiyini qızın üzünə baxdıqca yaşamaq həvəsinin daha da artdığını, bu qızın əslində sevdiyi qız olduğunu anladı.

" - Nəyə gülürsən?" " - Mən? Gülmürəm. Sadəcə, sən çox ciddisən". Qız bunları deyərkən təhlükəli nəsə baş verirmiş kimi dayandı əvvəlcə, gözlərini ayırdı, sonra isə əvvəlkindən daha sevindirici mülayim şəkildə yenə gülümsədi. " - Mən ciddiyəm? Ciddiliyim nədədir ki?". " - Həyatdan zövq almağı bacarmırsan. Körpüyə getmək yaxşı fikir deyil. Dəlisən, nəsən?"

T. güldü. Ancaq bu uzun çəkmədi ardınca ürəyində bir iztirab, kimsəsizlik hiss elədi. Qızın gözlərindən xoşbəxtlik yayılırdı bu T.- olduqca hüzünlü göründü.

-Mən səni sevirəm.

Qız utandı, yanaqları qızarıb çəhrayı rəng aldı. Həm həyəcan, həm sevinc qarışıq bir hisslə deyəcəyini bilmədi. Bu qısa vaxt ərzində kimsə danışmalı idi T. qızın sözlərinə ehtiyac duyur, artıq heç deməyi fikirləşmirdi.

- Çayın soyuyur, bayaqdan gətirmişəm.

Bu, T.- ni qane eləmədi, orada nəsə axtarıb tapacağını güman edərək qızın gözlərinin içinə baxdı. Qızın qara gözlərinin,iti baxışlarının arxasında niyə bir nigarançılıq gizləndiyini özünün niyə bədbəxt olduğunu, nəhayət, bunun qızla əlaqəsini fikirləşdi. Qız qapını açıq qoyub divana yaxınlaşdı, sakitcə divanın kənarındakı balaca stulun üzərində oturdu. Əllərini qıçlarına dirəyib onları dizlərinə tərəf azacıq sürüşdürdü. Sonra birdən çəkici bir sakitliklə T.- nin sifətinə baxdı narahatçılıq duyulmayan bir səslə, həmçinin bir tərəfdən önəmsiz olduğunu göstərəcək bir etinasızlıq, bir tərəfdən ana qayğıkeşliyinə bənzəyən bir həssasiyyətlə dedi: " Xəstələnmisən, deyəsən. Gözlərin qızarıb." " Məni sevirsən?". " Niyə belə eliyirsən? Səni incitməyim xoşuna gəlir?". " Bu sən deyilsən, mənim istədiyim kimi düşünməyə çalışırsan. Sən məni sevirsən". " Gic- gic danşdın bəsdi, əl çək!". T. incidi üzünü qızdan çevirdi. Amma bu çox çəkmədi. " Bəs bura nəyə gəlmisən?". " Atam ölüb ona görə". " Xəbərim olmayıb, mənə gərək əvvəl deyəydin... Səni çox istəyirdi?.. Mən sabah körpüyə gedəcəm, bilirsən... Axı, bunu hardan öyrənmisən?". "Atam dedi". " Necə olub hadisə?". "Bu haqqda danışma, sabah da körpüyə getmə". " Atan vaxt deyib, axı, bunu sənə?". " Maşın qəzasında ölüb, məni çox istəyirdi". " Bəs sən?". " Çayın soyuyub, gedim sənə çay gətirim".

Ayağa durdu fincanı götürüb otaqdan çıxdı. T. qızın əynindəki paltarı indi gördü arxasınca onu çağırdı. Sabah körpüyə qızla bir getmək istəyirdi qızın " gəlirəm" səsi ona çox xoş göründü.

lll

- Saat on ikini keçib, dur!

Anasının dəhlizdən gələn mülayim, xoş səsi onu oyatdı. Birdən universitetə gedəcəyini xatırladı narahat oldu. Yerində belini dikəldib yatağın başlığına divara söykəndi, hardasa, iyirmi- iyirmi beş dəqiqə gözləri yol çəkə- çəkə uzun- uzun fikirləşdi. Xəyal onu alıb əvvəlcə qızın, sonra isə onlarca insanın yanına apardı. Mənzərələr ürəyini oxşadıqca əsnəməyə başladı cəld yatağın kənarındakı adyalı açıb içinə girdi.

II

Sənubər metrodan çıxıb adam qaynaşan səs-küylü platforma ilə pilləkənlərə doğru irəlilədi. Paltarının düymələrinə dolaşan qulaqcıqları ayırıb telefonu ilə birgə açıq- palıd rəngli yumşaq çantasının içinə qoydu, əli nizamla qatlanmış, səliqəli, balaca, kağıza toxundu. Kağızı çıxardıb əlində saxladı. Adamların tündlüyündən, sıxlığından pilləkənlərdə yerimək olmurdu. Sənubər pillələri asta- asta qalxır, əlindəki məktubu ikinci dəfə diqqətlə oxumaq üçün yerin üstünə çıxmağa tələsirdi.

lll

Olduqca yorğunam. Məni axtarıb tapa bilmədiyin üçün yorulmuşam. " Səni istədiyin qədər gözləyə bilərəm, təki mənə bir ümid ver, çəkdiyim bu zülümlərin boş- mənasız, nəticəsiz olmadığına inanaraq yaşayım, yoxsa belə lap çətindir. Azacıq rahatlasam, nəfəs ala bilərəm, inan ki, ürəyimin dayanmağına, gözlərimin işığının sönməyinə çox qalmayıb... Srağagün üzünü gördüm, səsinə qulaq asdım, bir gün axşamacan yanında oldum( belə olanda həyat elə axıcı olur ki; çayın kənarında oturub xoşbəxt xəyallar qurduğum günlər məni bu qədər yaşada bilməz.) Artıq iki gündür ki, gecə , gündüz nəfəsimin geri qayıtmayacağını görürəm. Əlimi sinəmə qoyub ürəyimi izləyirəm, vaxt dayanacağını bilmirəm, səni görməliyəm." Axırıncı dəfə bunları yazmaq istəyirdim sənə, amma üzərinə çox getməkdən qorxdum... Nəysə.  Bu gecə yuxuda gördüm səni körpüyə getmək fikrimdən əl çəkdim. Bunu sənə danışmamışam, indi danışmaq fikrim yoxdur. Bircə bunu bil ki, səni itirmək kimi bir bədbəxtçiliyi yaşaya bilmərəm. Bunun əvəzinə binanızın həyətindəki skamyada oturub sizin pəncərəyə baxmaq daha yaxşıdır. Artıq bütün olmayan işlərimi atmışam, bəli, mən avaranın yekəsiyəm, bütün ömrümü sənin ayaqlarının altında keçirəcəm...

Səni anan- atan qədər, ömrünün axırına qədər sevəcək insan.

lll

Sənubər dayanacaqda duran avtobuslardan birinə minib ən qabaq sıradan sağ küncdə əyləşdi. Ondan sağ tərəfdə pəncərəyə sarı qucağında balaca körpə saxlayan otuz- otuz beş yaşlarında cavan, hamilə bir qadın oturmuşdu. Sənubər süni narahatçılıq uşaqvari qürurla sağına- soluna baxdı, başını çevik, kəsik hərəkətlərlə tərpətdi, bayaqdan əlində intizamla tutduğu təmiz məktubu şırıltı ilə eynəyinin qabağına qaldırdı. Sonra məktubu maraq ciddiyyətlə oxuyub çantasının içinə qoydu.      

Qadının qucağındakı balaca körpə ağlamağa başladı. Anası su qabını o qədər narahatçılıq keçirmədən uşağın ağzına tutmağa çalışdı. Körpə dodaqlarını sürüşdürüb bələyin içində eşələnmək üçün vurnuxurdu. Sənubər isə başını çevirib sakitcə ana ilə balanı izləyirdi. Qadın Sənubərin üzünə baxmadan körpəni ona uzadıb dedi:

- Bir dəqiqə bunu saxla.

Sənubər körpəni qucağına aldı qollarındakı balaca, narın, zərif məxluq yavaş- yavaş ona doğma gəldi. Qadın çantasında nələrsə eşələyirdi, Sənubərin isə bələyin içindəki bu balaca mələklə ruhi münasibətindən doğan sevinc dolu rahatçılığı isti, mehriban xəyallarına keçib onu qeyri- müəyyən gələcəyinə aparırdı... Saat axşam səkkizi adlayırdı, toran çoxdan düşmüşdü.

lll

Sənubər uzun, şirin bir xəyala dalmışdı...

...O, sağ əlinin barmaqları ilə qollarının arasında saxladığı balaca körpənin dodaqlarının kənarını təmizləyir, onları uşağın dilinə, damaqlarına sürtür, sonra onu tərk etməyən şadlıq xoşbəxtlik hissi ilə barmaqlarını yalayırdı. "Ford"un içi olduqca rahat idi. Maşını sürən cavan oğlan yorğun ciddi görünürdü. Onu rejiminin, gündəlik problemlərin nəticəsi kimi soyuq bir dalğa vurmuşdu sanki. Oğlanın saçının ortası qabaqları dalğalı, burnu nisbətən dik, dodaqları isə xüsusi formada idi.

Sənubər balaca Əsmərin dodaqlarından öpüb illərin, bütün ömrün ən gözəl, doğma anlarını ifadə edən bu sirli, qaranlıq sükutu asta, sərin səsi ilə pozdu:

-  Uşağa pampers lazımdı.

- Evə çatanda alaram.

- Sabah dörd dənə al. Evə bazarlıq lazımdı, - bir az dayandı, sonra davam elədi,- Mamagil nəsə narahat idi.

- Anan çox əsir-yesir olur, ağlı yoxdu.

- Neyləsin, uşağın qırxı təzə çıxıb, gəlin həyasızın yekəsidi.

Cavan oğlan yola baxır, maşını sürətlə sürür, qayğı təmkinlə hamilə arvadına qulaq asırdı.

- Toğrul, uşaq nasazdı, Seymur həkimin yanına apar, göstər bir .

- Qızdırması var yenə?

- Yox istiliyi azdı amma qarnı ağrıyır, dava- dərman bir şey eləmədi.

- Başqa həkimə göstərək, birisi gün səhər apararıq, prilivə qədər getmərəm işə.

- Caan, istəyirsən? Atası, gör deyir? - Sənubər ağzını balaca körpənin üzündə gəzdirirdi.

Toğrul birdən hərəkətləndi; sevinc yorğunluq dolu bir ifadə hopdu üzünə; gözlərinin, sifətinin bütün cizgiləri canlandı; cəld kəsik baxışlarla arxaya dönüb gözlərini pambıq bələyin üzərində gəzdirdi.

- Əsmərə atası qurban olsun. Nəfəsim, çiçəyim, çatırıq evə.

Səhərin açılmağına çox var idi, yol uzaq idi, xoşbəxtlik isə Sənubərin lap burnunun dibində çiçək açmışdı. "Ford"un içində sonsuz gələcəyə doğru üç xoşbəxt insan gedirdi.

lll

- Gəl anaya, - qadın uşağı qucağına alıb Sənubərə təşəkkür elədi.

Avtobus növbəti dayanacaqda durdu. Sənubər yerindən tərpənib çantasından bir neçə qəpik çıxartdı, onlardan birini yaşlı, gümrah, saç sürücünün ovcuna atıb avtobusdan düşdü. Küçələri adlayıb hündür binaların arası ilə qaranlıq məhəllələrdən birinə girdi.

III

Binalarının qabağına çatanda uzaqdan giriş pilləkənlərin düz qarşısında, soldan skamyanın üzərində cavan bir oğlan gördü onun T. olduğunu bir neçə saniyənin içində dəqiqləşdirdi. Sinəsinə azacıq həyəcan doldu, bu dəqiqə həm evlərindəki mənzərə, həm T.- nin sifəti beynində canlandı. Başını aşağı salıb cəld hərəkətlərlə pilləkənlərə, binanın girişinə yaxınlaşdı. arxadan səs gəldi:

- Axşamın xeyir!

Sənubər arxaya dönmək istədi, ancaq bu çox çəkmədi, ruhu qəribə bir şəkildə titrədi, açıq- palıd rəngli yumşaq çantasını qurşağına sıxıb sevinc qorxu hissi ilə yavaş- yavaş pilləkənləri qalxdı.

lll

Qaranlığın içindən bir kağız çıxıb gəldi, yellənə- yellənə, uça- uça düz pilləkənlərin başında düşüb dayandı.

 





02.04.2014    çap et  çap et