525.Az

Polis şöbəsində intihar olub


 

Polis şöbəsində intihar olub<b style="color:red"></b>

Azərbaycanda polis şöbəsində intihar hadisəsi baş verib.

Bu barədə APA-ya Masallı rayon hüquq-mühafizə orqanlarından bildirilib.

Hadisə bu gün polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasında qeydə alınıb. Orada saxlanılan, 1980-ci il təvəllüdlü Vüqar Şahmar oğlu Ələkbərov özünü asaraq intihar edib.

Məlumata görə, adıçəkilən şəxs bu ilin iyun ayında qız qaçırdığı üçün cinayət məsuliyyətinə cəlb edilib. Onunla bağlı bir neçə dəfə məhkəmə prosesi keçirilib. Bu gün keçirilən prosesdə o, məhkəmə istintaqının uzanmasına etiraz edib. V. Ələkbərov təcridxanaya qayıdandan sonra intihar edib.

APA-nın əldə etdiyi digər məlumata görə isə bu gün məhkəmədə V. Ələkbərova 8 il iş istənilib. O, cəzanın ağırlığına etiraz olaraq bu addımı atıb.

Hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

 





18.10.2012    çap et  çap et