525.Az

Qarabağ Muğam Mərkəzi fəaliyyətini daha da genişləndirir


 

Qarabağ Muğam Mərkəzi fəaliyyətini daha da genişləndirir<b style="color:red"></b>

Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi bu gün Qarabağ bölgəsində mədəniyyət istirahət mərkəzi kimi mühüm əhəmiyyət kəsb edir. Mərkəzin direktoru Tofiq Cəfərovun dediyi kimi, son illər müəssisənin fəaliyyətinin genişlənməsi, çoxsaylı insanların onun xidmətlərindən yararlanması bunu söyləməyə əsas verir.

Muğam Mərkəzində, eləcə digər ərazilərdə müəllim şagirdlərdən ibarət ansamblın geniş konsert proqramları ilə çıxışları, müxtəlif müsabiqələr tamaşaçılar tərəfindən daim ruh yüksəkliyi rəğbət hissi ilə qarşılanır.

Novruz bayramı ərəfəsində bayram günlərində təşkil olunan mədəni-kütləvi tədbirlər bu baxımdan diqqəti çəkib.

Həmin günlərdə Mərkəzin binasında, Ü.Hacıbəyli adına parkda açıq havada nümayiş etdirilən konsert tamaşalarında sözügedən müəssisənin kollektivi ilə yanaşı, Ağcabədi rayon musiqi məktəbləri fəal iştirak ediblər.

Bayram konsertlərində Qarabağ Muğam Mərkəzinin müəllimləri Sevinc Abbasova, Nigar Qurbanova, Amalya Şahverdiyeva, Cavanşir Quliyev şagirdlərin ifasında səsləndirilən xalq mahnıları, muğam təsniflər, Ağcabədi şəhər incəsənət məktəbinin rəqs qrupunun sərgilədiyi rəqslər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Direktorun sözlərinə görə, Muğam Mərkəzi kollektivinin  rayonun Qaravəlli kəndində nümayiş etdirdiyi konsert proqramı kənd sakinlərinə xoş ovqat bəxş edib, əsl bayram sevincləri yaşadıb.

Novruz bayramı günü Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov, xalq deputatları Tahir Rzayev Aqil Abbasın döyüş bölgələrində qatıldıqları görüşdə  Ü. Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi kollektiv üzvlərinin təqdim etdikləri zəngin rəngarəng konsert proqramı əsgərlər üçün ən gözəl bayram sovqatı təsiri bağışlayıb.

T.Cəfərov sonda əlavə edib ki, Muğam Mərkəzi konsert tamaşalarını bundan sonra da müntəzəm olaraq davam etdirəcək.Müəssisənin kollektivi tərəfindən Ağcabədinin kəndləri ilə yanaşı, qonşu bölgələrdə çıxışlar muğam müsabiqələrinin keçirilməsi nəzərdə tutulub.        

Yəhya PAŞAZADƏ

 





02.04.2014    çap et  çap et