525.Az

Diasporla İş üzrə Dövlət Komitəsində istefa


 

Diasporla İş üzrə Dövlət Komitəsində istefa<b style="color:red"></b>

Bəhruz Nəzərov Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən çıxıb.

B. Nəzərov APA-ya deyib ki, o vəzifədən öz xahişi ilə gedib: “Bir müddət əvvəl öz xahişimlə mətbuat xidmətinin rəhbəri vəzifəsindən çıxmağımla bağlı ərizə ilə müraciət etmişəm. Artıq işdən çıxmağıma dair əmr verilib”.

B. Nəzərov mətbuat xidmətinin rəhbəri vəzifəsindən çıxmasını işlə bağlı yeni təkliflər alması ilə əlaqələndirib: “Hələlik qərar verməsəm də, artıq bir neçə yerdən işlə bağlı təkliflər gəlib. Komitədəki işdən çıxmağım da bununla bağlı olub. Təkliflərdən birini yaxın vaxtlarda dəyərləndirəcəyəm”.

 





18.10.2012    çap et  çap et