525.Az

Vətəndaşdan Hakan Şükürə etiraz: “Xəyanət etdin”


 

Vətəndaşdan Hakan Şükürə etiraz: “Xəyanət etdin”<b style="color:red"></b> Aprelin 1-də müalicə aldığı xəstəxanada vəfat edən, Türkiyə «futbol krallarının ustadı» Əkrəm Qarabərbəroğlunun dəfn mərasimində keçmiş futbolçu və müstəqil millət vəkili Hakan Şükür də iştirak edib.
 
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, cənazə namazından sonra məscidi tərk etmək istəyən Hakan Şükürə bir nəfər yaxınlaşaraq, deyib: «Baş nazirimizə və vətənimizə xəyanət etdiniz. Sakaryamıza xəyanət etdiniz. Mən ölkəmi sevirəm».
 
Keçmiş ulduz futbolçu vətəndaşa belə cavab verib: “Sən nə bilirsən ki sevirsən”».
 
Hakan Şükürə etiraz vətəndaş mərasimdə iştirak edənlər tərəfindən oradan uzaqlaşdırılıb.
 
Millət vəkili «Twitter» səhifəsində olayla bağlı açıqlama verib. Hərəkətlərinin doğur olduğunu bildirən keçmiş futbolçu vurğulayıb: “Əlbəttə, kimin nəyə xəyanət etdiyini inşallah zaman göstərəcək. Ən yaxşısını bilən və görən Allahdır”.
 





03.04.2014    çap et  çap et