525.Az

"Penitensiar sistemdə vərəmə nəzarət üzrə formalaşan nümunəvi model Azərbaycan dövlətinin uğurudur"


 

"Penitensiar sistemdə vərəmə nəzarət üzrə formalaşan nümunəvi model Azərbaycan dövlətinin uğurudur"<b style="color:red"></b>

MÜSAHİBİMİZ ƏDLİYYƏ NAZİRLİYİNIN TİBB BAŞ İDARƏSİNİN RƏİSİ, TİBB XİDMƏTİ GENERAL-MAYORU RƏFAİL MEHDİYEVDİR

Son illər penitensiar müəssisələrdə vərəmlə mübarizə sahəsində böyük nailiyyətlər əldə edilib, nəticədə ölkəmiz vərəmin müalicəsinə görə nəinki regionda, eyni zamanda bütün dünyada ən yüksək göstəricilərdən birinə nail olub. Bununla əlaqədar olaraq, bu günlərdə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən hazırlanmış "Cəzaçəkmə yerlərində MDR vərəmlə mübarizə. Azərbaycan təcrübəsi" filminin təqdimatı olmuşdur.Son dövrlərdə bu sahəyə artan beynəlxalq marağı nəzərə alaraq, Azərbaycanın cəzaçəkmə müəssisələrində vərəmə nəzarət üzrə əldə etdiyi uğurları oxucularımızla bölüşmək qeyd olunan film barədə daha geniş təəssürat əldə etmək məqsədilə Ədliyyə Nazirliyinın Tibb baş idarəsinin rəisi, tibb xidməti general-mayoru Rəfail Mehdiyev müxbirimizin suallarını cavablandırıb.

- Rəfail müəllim, bu günlərdə BQXK tərəfindən hazırlanmış "Cəzaçəkmə yerlərində MDR vərəmlə mübarizə. Azərbaycan təcrübəsi" filminin təqdimatı olub. Filmin ərsəyə gəlməsi ideya məzmunu barədə oxuculara məlumat verməyinizi xahiş edirik.

- Əvvəla qeyd edim ki, ümumbəşəri sosial bəla olan vərəm xəstəliyinə qarşı bütün dünyada, o cümlədən Azərbaycanda genişmiqyaslı mübarizə aparılır, vərəmin müalicəsi üzrə məqsədyönlü tədbirlər həyata keçirilir. Xüsusi vurğulamaq lazımdır ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş kompleks tədbirlər nəticəsində vərəmlə mübarizə məsələlərinə xüsusi diqqət yetirilmiş, bu sahədə beynəlxalq təşkilatlarla əlaqəli surətdə yeni strategiya işlənib hazırlanmış,2000-ci ildə ilk dəfə olaraq bu xəstəliklə mübarizənin əsaslarını müəyyən edən xüsusi qanun qəbul olunmuşdur. Hazırda vərəmlə mübarizə sahəsində müvafiq strategiya üzrə aidiyyəti proqramlar həyata keçirilərək, bu humanist kurs ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  

Respublikamızda ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan köklü islahatlarnəticəsində məhkumların hüquqları imtiyazları xeyli genişləndirilmiş, saxlanma şəraiti, dərman digər təminatları, xüsusilə tibbi xidməti əsaslı şəkildə yaxşılaşdırılmış, vərəmlə səmərəli mübarizə, penitensiar infrastrukturun müasirləşdirilməsi, bu sahədə effektiv ictimai nəzarətin tətbiqi üzrə genişmiqyaslı işlər görülmüşdür. Bu işdə bir sıra beynəlxalq təşkilatlar, xüsusilə BQXK ilə sıx əməkdaşlıq nəticəsində məhkumlar arasında vərəmə qarşı mübarizə üzrə birgə fəaliyyət çox müsbət nəticələr vermiş, əldə olunan yüksək nailiyyətlərin təzahürü kimi, 2010-cu ilin sonlarında artıq BQXK Azərbaycanın onun köməyinə ehtiyacının qalmadığını bəyan edərək vərəmə nəzarət işinin tamamilə Ədliyyə Nazirliyinə təhvil verilməsi qərarına gəlmiş, respublikamızın öz müsbət təcrübəsini yaymasının əhəmiyyətini vurğulamış bu sahədə artıq davamlı tədbirlər görülür.

Bu tədbirlərin tərkib hissəsi olaraq, hələ 2011-ci ilin mart ayında vərəmlə mübarizəyə dair Bakıda keçirilmiş beynəlxalq konfrans çərçivəsində Azərbaycanın bu sahədə müsbət təcrübəsi ilə bağlı filmin çəkilişləri barədə razılıq əldə olunmuşdur. 2012-ci il ərzində cəzaçəkmə müəssisələrində aparılmış çəkilişlər ilin sonunda yekunlaşdırılaraq,30 dəqiqəlik sənədli film hazırlanmış bir neçə xarici dilə tərcümə edilmişdir. Filmin video yazıları BQXK-nın bütün xarici ölkə nümayəndəliklərinə paylanılaraq, Azərbaycanla səmərəli uğurlu əməkdaşlığın bariz nümunəsi qismində bu ölkələrdə nümayiş etdirilmişdir. 28 mart 2013- ildə bu filmin Azərbaycan dilinə dublyaj olunmuş versiyası Ədliyyə Nazirliyinın Tibb baş idarəsinə təqdim edilmişdir.

Qeyd etmək lazımdır ki, BQXK-nın təşəbbüsü ilə ərsəyə gəlmiş film əsasən maarifləndirmə xarakteri daşımaqla, eyni zamanda penitensiar sistemdə vərəmlə mübarizənin ardıcıllıqla həyata keçirilməsi üzrə metodiki göstərişləri özündə ehtiva edir. Filmdə məhkumlarda vərəm xəstəliyinin erkən aşkarlanması, xəstəliyin müalicəsinin aparılması laborator müayinəsi, habelə bu sahədə xüsusi İxtisaslaşdırılmış müalicə müəssisəsində (İMM) görülən işlər, azadlığa çıxdıqdan sonra vərəm daşıyıcısı olan şəxslərin müalicəsinin davam etdirilməsi digər məsələlər öz əksini tapmışdır. Filmin ssenarisinin hazırlanması, çəkilişləri montajı İsveçrədən dəvət olunmuş yaradıcı qrup tərəfindən aparılmış bu işlərdə Ədliyyə Nazirliyinin Tibb baş idarəsi yaxından köməklik göstərmişdir.

Xüsusi vurğulanmalıdır ki, film beynəlxalq təşkilatlar xarici ölkələr tərəfindən maraqla qarşılanmış böyük rezonans doğurmuşdur. Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa Regional Bürosunun Azadlıqdan məhrum etmə yerlərində səhiyyə məsələləri üzrə Şəbəkəsinin 2012-ci ilin oktyabr ayında Kopenhagendə keçirilmiş müşavirəsində nümayiş olunmuş filmə bu qurum tərəfindən yüksək qiymət verilmişdir. Həmin tədbirdə bu sahədə görülən işlərlə bağlı Nazirlik xüsusi geniş təqdimatla çıxış etmişdir.

- Əlamətdar haldır ki, penitensiar müəssisələrdə vərəmlə mübarizə sahəsində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən nümunəvi model kimi qəbul olunmuş digər ölkələrə örnək göstərilir. Bu uğurlara nail olunması üçün hansı mühüm əhəmiyyətli addımlar atılıb?

- Bəli, bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanın bütün cəzaçəkmə müəssisələrində həqiqətən vərəmlə uğurlu mübarizə modeli mövcuddur. Bu, vərəmli məhkumların erkən aşkarlanmasına, vaxtında müalicəyə cəlb olunmasına yönəlmiş unikal bir modeldir. Vərəm əleyhinə müalicə mərkəzləşdirilmiş qaydada xüsusi yaradılmış İMM- vərəmli xəstə məhbusların saxlanma rejimlərinə xəstəliyin müvafiq mərhələlərinə uyğun olaraq həyata keçirilir. Burada bütün növ vərəmli xəstələrin həssaslıq göstəricilərinə uyğun olaraq müalicəsi aparılır. İMM- 20- yaxın şöbə bölmə mövcuddur ki, bunların da hamısı xüsusi havalandırma sistemi ilə təchiz edilmişdir. Müəssisədə vərəmin müəyyən olunması üçün xüsusi laboratoriya fəaliyyət göstərir. Qeyd edək ki, bu laboratoriya son 7-8 il ərzində Almaniyanın Borstel şəhərinin Ali milli istinad laboratoriyası tərəfindən keyfiyyət sertifikatına layiq görülmüşdür.

Cəzaçəkmə müəssisələrində vərəmin aşkarlanması məqsədilə ildə bir dəfədən az olmayaraq rentgenoloji digər kütləvi müayinələr həyata keçirilir. Epidemioloji vəziyyəti daha gərgin hesab edilən müəssisələrdə isə belə müayinələr ildə iki dəfə aparılır. Vərəmə şübhəli şəxslərdən mütəmadi bəlğəm nümunələri toplanılır, xüsusi cədvəl üzrə mütəşəkkil qaydada laboratoriyalara daşınır orada bunların bakterioloji müayinələri həyata keçirilir. Layihə çərçivəsində müalicəsi yarımçıq qalmış azadlığa çıxan məhkumlar QHT-lərin iştirakı ilə mülki tibb müəssisələrində müalicəsinin başa çatdırılması müşahidə altında saxlanılır.

Xüsusi qeyd olunmalıdır ki, penitensiar müəssisələrdə vərəmlə mübarizə sahəsində aparılan işlər bütün beynəlxalq standartlara ÜST-ün daim təkmilləşən müasir tələblərinə müvafiq olaraq həyata keçirilir. Bütün bunları bir çox beynəlxalq təşkilatların nümayəndələrinin Azərbaycana dövrü baş çəkmələri təsdiq edir.

Görülən işlər nəticəsində 2013- ilin yekunlarına görə vərəmdən ölüm faizi 1995-ci illə müqayisədə 58 dəfə, 2003- illə müqayisədə isə 10 dəfə azalmışdır. Ümumiyyətlə, 1995-ci ildən bəri 13 mindən artıq vərəmli məhkum müalicəyə cəlb edilmişdir. Respublikamızda MDR (multirezistent ya Çoxsaylı Dərmanlara Davamlı)vərəmli şəxslərin müalicəsi diaqnostikası ilk dəfə olaraq, məhz cəzaçəkmə müəssisələrində 2007-ci ildən başlanmış bu gün bir sıra innovativ diaqnostika metodları tətbiq olunmaqla uğurla həyata keçirilir. Bu layihələrin nəticəsi olaraq bütün respublikada olduğu kimi, cəzaçəkmə müəssisələrində vərəm hallarının sayının aşağı enməsi, vərəmin destruktiv formalarının azalması, uğurlu müalicə faizinin ilbəil yüksəlməsi müşahidə edilir.

- Bizdə olan məlumata görə, bu sahədə görülən işlərə beynəlxalq təşkilatlarla yanaşı, mötəbər tibbi təsisatlar, habelə xarici ölkələrdə nəşr olunan nüfuzlu elmi jurnallar da maraq göstərir...

- Tamamilə doğrudur. Apardığımız işlər 2006-2013- illərdə mütəmadi olaraq Vərəm Ağciyər Xəstəlikləri üzrə Beynəlxalq Birliyin ümumdünya regional konfranslarında təqdim edilmiş, bu mötəbər təsisatlarda geniş prezentasiyalarla çıxış edilmiş, 20- yaxın posterlər nümayiş etdirilmişdir. Avropanın ən nüfuzlu tibbi nəşrlərindən olan "Lanset" "Yeni İngiltərə tibb jurnalı"nda iki məqalə dərc olunmuşdur.

Penitensiar sistemdə həyata keçirilən vərəmlə mübarizə layihəsi ÜST-ün Avropa Regional Bürosunun 2011-ci ildə Bakıda keçirilmiş 61-ci sessiyasında digər ölkələr üçün model kimi təqdim edilmiş region ölkələrinə bu təcrübədən faydalanmaq tövsiyə olunmuşdur. ÜST-ün 2013- ildə dərc etdiyi "Dərmanlara davamlı vərəmə nəzarət üzrə ən yaxşı layihələr" kitabında gördüyümüz işlərin iki komponenti - bütövlükdə həbsxana sistemində vərəmə nəzarət proqramının təşkili azadlığa çıxan şəxslərin müalicəsinin sonadək izlənilməsi fəaliyyətləri öz əksini tapmışdır.

Eyni zamanda, ötən ilin noyabr ayında BMT-nin İqtisadi Sosial Şurasında məşvərətçi statusuna malik olan baş qərargahı ABŞ-da yerləşən nüfuzlu təşkilat - İslah Həbsxanalar Beynəlxalq Assosiasiyası ölkəmizin penitensiar sistemində vərəmə nəzarət proqramını 2013- ilin Səhiyyə Mükafatına layiq bilmişdir. Qeyd olunmalıdır ki, bizim proqram ABŞ-ın Divarları Aşan Səhiyyə (Health Through Walls) qeyri-hökumət təşkilatı tərəfindən nominasiya edilmişdir. Belə mükafatlar penitensiar sistemlə bağlı proqramların dünya standartlarına uyğun icra edilməsində xüsusi fərqlənməyə yüksək nailiyyətlərin əldə olunmasına görə verilir Azərbaycan ötən il səhiyyə sahəsində təltif edilmiş yeganə ölkə olmuşdur.

- Rəfail müəllim, tibbi heyətin maarifləndirilməsi məqsədilə yaradılmış İMM-nın Vərəm üzrə təlim mərkəzinin fəaliyyəti barədə deyə bilərsiniz?

- Bu mərkəz ədliyyə nazirinin əmri ilə 2012-ci ilin mart ayında İİM-nin nəzdində yaradılmışdır. Mərkəzin qarşısına penitensiar müəssisələrdə çalışan tibbi heyətin digər əməkdaşların vərəmlə mübarizə üzrə bilik bacarıqlarının artırılması, habelə xarici ölkələrin nümayəndələrinə bu sahədə biliklərin aşılanması məqsədi qoyulmuşdur. Bu mərkəzdə 2012-2013- illər ərzində 25 mövzu üzrə 37 təlim kursu keçirilmiş, bunlardan 5-i beynəlxalq statuslu treninqlər olmuşdur. Təlimlərdə 500-ə yaxın dinləyici iştirak etmiş, bunlardan 100 nəfəri penitensiar xidmətin əməkdaşları, 20- yaxını isə xarici ölkələrin nümayəndələri olmuşlar. Təlim mərkəzinin uğurlu fəaliyyəti nəzərə alınaraq,ÜST-ün Avropa Regional Bürosu tərəfindən ona "Həbsxanalarda vərəmə nəzarət profilaktika üzrə əməkdaşlıq mərkəzi" statusu verilmişdir. 24 mart 2014- il tarixdə Kopenhagendə keçirilmiş vərəmlə mübarizə gününə həsr olunmuş tədbirdə bununla bağlı məlumat verilmiş Büronun rəsmi internet səhifəsində bu haqda informasiya yerləşdirilmişdir. Bu günlərdə ÜST-ün xüsusi sertifikatının bizə təqdim olunması gözlənilir.

- Penitensiar sistemdə vərəmlə mübarizə üzrə Azərbaycan təcrübəsinə hansı xarici ölkələr daha çox maraq göstərmiş hazırda bu sahədə hansı dövlətlərlə sıx əməkdaşlıq həyata keçirilir?

- Qeyd etdiyimiz kimi, vərəmlə mübarizə layihəsi çərçivəsində çoxlu sayda dövlətlərin təmsil olunduğu bir sıra beynəlxalq təşkilatlarla - ÜST, Yaşıl İşıq Komitəsi, BQXK, Qlobal Fond ilə sıx əlaqələr qurulmuşdur. Ona görə bu qurumlara üzv dövlətlərin hər biri fəaliyyətimizi yaxından izləmək qiymətləndirmək imkanına malikdir. BQXK tərəfindən yuxarıda qeyd etdiyimiz filmin yayılmasından sonra gördüyümüz işlərə beynəlxalq səviyyədə maraq daha da artmışdır. Son iki ildə 11 ölkədən olan 60-dan artıq nümayəndə, o cümlədən Moldova, Ukrayna, Gürcüstan, Belarus, Filippin, İraq bütün Mərkəzi Asiya ölkələri, habelə bir sıra inkişaf etmiş dövlətlərin - İngiltərə, Almaniya İsveçrənin tibb üzrə ixtisaslaşmış QHT-ləri nailiyyətlərimizə böyük maraq göstərərək geniş nümayəndə heyətlərini Azərbaycana göndərmiş təcrübəmizlə tanış olmuşlar.Hətta elə ölkələr vardır ki, məsələn, Qazaxıstan, Qırğızıstan s. onların ayrı-ayrı nümayəndə heyətləri bu məqsədlə bir neçə dəfə ölkəmizə səfərlər etmiş cəzaçəkmə müəssisələrinə başçəkmələr həyata keçirmişlər.

- 24 mart Ümumdünya vərəmlə mübarizə günüdür. Bu münasibətlə cəzaçəkmə müəssisələrində kimi tədbirlər həyata keçirilmişdir?

- ÜST hər il 24 mart tarixini Vərəmlə mübarizə günü kimi qeyd edir. Bu münasibətlə 1, 6, 10 15 saylı cəzaçəkmə müəssisələrində 27-28 mart tarixlərində bir sıra tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər məhkumların sağlam həyat tərzinə vərəmlə mübarizəyə həsr olunaraq, bir sıra mədəniyyət incəsənət xadimlərinin, habelə idmançıların iştirakı ilə baş tutmuşdur. Burada məhkumlar arasında vərəmdən qorunma vasitələri ilə bağlı maarifləndirmə işləri aparılmış, bilik yarışları keçirilmiş, onlara əyani vəsaitlər paylanmışdır. Qeyd edək ki, vərəmlə mübarizəyə həsr olunmuş yuxarıda haqqında danışdığımız filmin BQXK tərəfindən Ədliyyə Nazirliyinə təqdim edilməsi 24 mart tədbirlərinin tərkib hissəsi olmuşdur.

Sonda qeyd etmək istərdim ki, penitensiar müəssisələrdə vərəmə nəzarət üzrə Azərbaycanın müsbət təcrübəsinin dünya dövlətləri tərəfindən böyük maraqla qarşılanması əldə olunan nailiyyətlərə beynəlxalq təşkilatların verdiyi yüksək dəyərləndirmələr dövlətimizin siyasi iradəsi ilə son illərdə ədliyyə sistemində həyata keçirilən çoxşaxəli islahatlara verilən növbəti qiymətin əyani təzahürüdür.

Aqil LƏTİFOV

 





03.04.2014    çap et  çap et