525.Az

Türkiyə hökuməti “Twitter”ə qoyulan qadağanı götürüb


 

Türkiyə hökuməti “Twitter”ə qoyulan qadağanı götürüb<b style="color:red"></b>

Türkiyə hökuməti bu gün “Twitter”ə qoyulan qadağanı götürüb.

APA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin Rabitə və Telekommunikasiya İdarəsi internetin milli seqmentindən məşhur “Twitter” mikrobloqlar servisinə girişə qoyduğu qadağanı götürüb. 
 
Məlumata görə, Türkiyənin Nəqliyyat və Kommunikasiya Nazirliyi açıqlamasında hazırda “Twitter”ə girişin bərpa olunduğunu elan edib. Qeyd edək ki, Türkiyədə  “YouTube” video servisinə birbaşa girişə tətbiq olunan qadağa hələ də qüvvədə qalmaqdadır.
 
Qeyd edək ki, ötən gün Türkiyə Konstitusiya Məhkəməsi “Twitter”ə qoyulan qadağanı istifadəçilərin hüquqlarının pozulması faktı kimi təsdiq edərək onun götürülməsinə dair qərar verib.
 
Xatırladaq ki, məhkəmənin qərarı ilə martın 21-dən  Türkiyənin bütün ərazisində “Twitter”ə giriş bağlanmışdır. 

 





04.04.2014    çap et  çap et