525.Az

Bakıda daha iki küçə təmir olunur


 

Bakıda daha iki küçə təmir olunur<b style="color:red"></b>

Bakıda daha iki küçədə təmir tikinti işlərinə başlanılıb.

Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin “APA-Economics”ə verdiyi məlumata görə, birinci mərhələdə Həsən Əliyev küçəsi ilə Əhməd Rəcəbli küçələrində bordürlər dəyişdirilir.
 
Onun sözlərinə görə, bordürlər yenisi ilə əvəz edildikdən sonra, köhnə asfalt örtüyü qaşınacaq, yeni asfalt-beton örtüyü vurulacaq: “Yolun uzunluğu 1,3 km təşkil edir. Bu yolda tikinti işləri Əhməd Rəcəbli küçəsinin Ziya Bünyadov küçəsi ilə kəsişməsindən, Süleyman Sani Axundov küçəsinə birləşən əraziyə qədər həyata keçiriləcək”.
 
P. Mürsəliyev əlavə edib ki, ikinci mərhələdə S. S. Axundov küçəsindən Azadlıq prospektinə birləşən hissə də təmir olunacaq.
 
Bu yolu uzunluğu 1,1 km təşkil edir.

 





04.04.2014    çap et  çap et