525.Az

"Unibank"dan yanğın xəbəri ilə bağlı açıqlama


 

"Unibank"dan yanğın xəbəri ilə bağlı  <b style="color:red">açıqlama</b>

Bu gün saat 17.35 radələrində “Unibank”ın R.Behbudov 55 ünvanında yerləşən Baş ofisində növbəti yanğın əleyhinə həyəcan siqnalı verilib. 

525.az-ın məlumatına görə, bu barədə "Unibank"ın facebook səhifəsində məlumat yerləşdirilib.

"Bank əməkdaşkarı qısa müddətdə binanı tərk ediblər. Bankın binasında qurulmuş yanğından mühafizə sisteminə daxil olan həyəcan siqnalı birbaşa FHN-ə ötürüldüyü üçün, cəmi bir neçə dəqiqə ərzində FHN-nin Yanğından Mühafizə Xidmətinin əməkdaşları bankin yerləşdiyi ünvana gəlib. Qaydalara uyğun olaraq, bankda aparılan yoxlamalar zamanı Yanğından Mühafizə Xidmətinin əməkdaşları heç bir yanğın hadisəsi qeydə almayıblar.

Qeyd edək ki, yanğın hadisələri zamanı Bankın Mərkəz ofisində Təhlükəsizlik sisteminin və bank əməkdaşlarının belə hadisələrə hazırlıq səviyyələrini yoxlamağa hesablanmış bu tədbir 2 aydan bir keçirilir. 20 dəqiqəlik həyəcan təlimindən sonra işçilər baş ofisə daxil olaraq, işlərini davam etdiriblər.

Bəzi saytlarda yayılan şaiyələrə cavab olaraq, "Unibank" bir daha bilidirir ki, bankın baş ofisində heç bir yanğın hadisəsi qeydə alınmayıb".

 





18.10.2012    çap et  çap et