525.Az

Qabriel Qarsia Markes xəstəxanaya yerləşdirilib


 

Qabriel Qarsia Markes xəstəxanaya yerləşdirilib<b style="color:red"></b>

Nobel mükafatı laureatı, dünya şöhrətli yazıçı Qabriel Qarsia Markes xəstəxanaya yerləşdirilib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 87 yaşlı yazıçı sətəlcəm olub.
 
Məsələ ilə bağlı Kolumbiyanın Meksikadakı səfiri Xose Qabrile Ortis açıqlama verib. O bildirib ki, yazıçının sağlamlığı üçün təhlükə yoxdur: “Sadəcə, qrip olub. Ağciyərində iltihab prosesi başlamasın deyə, hər ehtimala qarşı onu xəstəxanaya yerləşdiriblər”. 
 
Qeyd edək ki, Markes Nobel mükafatına 1982-ci ildə layiq görülüb. XX əsrin ən böyük romançılarından sayılan yazıçının “Yüz ilin tənhalığı”, “Patriarxın payızı”, “Polkovnikə məktub yoxdur” və s.  əsərləri dünyanın bir çox dillərinə, o cümlədən Azərbaycan dilinə tərcümə olunub.

 





04.04.2014    çap et  çap et