525.Az

Brüsseldə iqtisadi böhran müzakirə ediləcək


 

Brüsseldə iqtisadi böhran müzakirə ediləcək<b style="color:red"></b>

Avropa Birliyi son zamanlar Avropa ölkələrində cərəyan edən böhranları müzakirə etmək üçün Brüsseldə zirvə toplantısı təşkil edəcək.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, AB Avropada davam edən böhranlarla əlaqədar Brüsseldə iki günlük zirvə toplantısı keçirəcək. Gündəmdə ən çox müzakirə ediləcək məsələlərdən biri də maliyyə böhranı olacaq.

Brüsseldə reallaşacaq zirvə toplantısında bank işinə nəzarət edilməsi, daha möhkəm hesab nəzarəti və bankların yardım fondlarından birbaşa sərmayə tənzimləmələrinin həyata keçirilməsi haqda da danışılacaq. Almaniya da AB ölkələrini maliyyə böhranından xilas olmaq üçün yollar axtarmağa çağırıb.

Nigar Məhərrəm

 





18.10.2012    çap et  çap et